Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6526

Digər sorğular

Çavuşoğlu: “Türkiyə daim Azərbaycanın yanındadır“

19:30  |    27 Noyabr 2015  |   E-mail  |  Çapa göndər

Xarici işlər naziri Elmar Məmmədyarov Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

XİN-in mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Elmar Məmmədyarov Azərbaycan rəsmilərinin ilk rəsmi səfərlərini Ankaraya, Türkiyə rəsmilərinin isə Bakıya etməsinin xoş bir ənənə olduğunu diqqətə çatdırıb. Nazir iki qardaş ölkə arasında əlaqələrin yüksək səviyyədə inkişaf etməsinin və bütün sahələrdə nümunəvi tərəfdaşlıq münasibətlərinin mövcudluğunun məmnunluq doğurduğunu qeyd edib. Strateji səviyyədə inkişaf edən tərəfdaşlığın bariz nümunəsi kimi Azərbaycan və Türkiyənin qlobal əhəmiyyətə malik enerji və nəqliyyat layihələrinin həyata keçirilməsinə imza atdıqlarını deyən Elmar Məmmədyarov tezliklə fəaliyyətə başlayacaq Bakı-Tbilisi-Qars dəmir yol layihəsinin bu sıradan növbəti uğurlu təşəbbüslərdən biri olduğunu deyib.

Nazir Ermənistan-Azərbaycan münaqişəsinin rəsmi Yerevanın işğalçı və qeyri-konstruktiv mövqeyinə görə həll edilmədiyini və bunun regionunda sülh və təhlükəsizlik üçün başlıca maneə olduğunu, münaqişənin həll edilməsi üçün ilk növbədə Ermənistanın işğalçı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmalı olduğunu qeyd edib. O, ATƏT-in Minsk Qrupunun həmsədrləri adından Rusiyanın münaqişənin həlli ilə əlaqədar təklifləri Ermənistana təqdim etdiyini söyləyib.

M. Çavuşoğlu xarici işlər naziri statusunda ilk rəsmi səfərini qardaş Azərbaycana etməsindən məmnunluğunu qeyd edib. Antalyada keçirilmiş G-20 toplantısında Azərbaycanın iştirakı və aparılan müzakirələrə töhfəsinin Türkiyə tərəfindən yüksək qiymətləndirildiyini bildirib. Ermənistan-Azərbaycan münaqişəsi və digər məsələlərdə Türkiyənin daim Azərbaycanın yanında olduğunu vurğulayan M. Çavuşoğlu 1 noyabr tarixində keçirilmiş uğurlu parlament seçkiləri münasibətilə Azərbaycan xalqını təbrik edib.

O, üçtərəfli əsasda Azərbaycan-Gürcüstan-Türkiyə, Azərbaycan-Türkmənistan-Türkiyə və Azərbaycan-İran-Türkiyə formatının regional əməkdaşlığın inkişafında mühüm rol oynadığını nəzərə çatdırıb. Terrorizmə qarşı mübarizənin bütün dünya üçün bəla olduğunu deyən M. Çavuşoğlu bu sahədə ikitərəfli təmasların daha da artırılmasının vacibliyini deyib.
Görüşdə beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq, qarşılıqlı maraq doğuran digər regional və qlobal məsələlər ətrafında geniş fikir mübadiləsi aparıldı.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
22.10.2019
Prezident İlham Əliyev Vladimir Putinə başsağlığı verib
21.10.2019
ABŞ-ın Azərbaycandakı səfirliyi icazəsiz mitinqlə bağlı bəyanat YAYDI
21.10.2019
Qənirə Paşayeva Türkiyədə mükafata layiq görülüb - VIDEO
18.10.2019
Britaniya səfiri xalqımızı Azərbaycan dilində təbrik etdi
18.10.2019
Rusiya XİN-dən Azərbaycan xalqına təbrik - VİDEO