Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6397

Digər sorğular

Ərdoğan Putinə Parisdə görüşməyi təklif edib

13:00  |    27 Noyabr 2015  |   E-mail  |  Çapa göndər

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya prezidenti Vladimir Putinə noyabrın 30-da Parisdə görüşməyi təklif etdiyini, lakin Rusiya tərəfinin hələlik cavab vermədiyini bildirib.


Trend-in “Sputnik”ə istinadən verdiyi məlumata görə, Ərdoğan bu barədə Fransanın "France 24" telekanalına müsahibəsində bildirib.

"Mən Vladimir Putinlə noyabrın 30-da Parisdə görüşün keçirilməsinə dair sorğu verdim, lakin hələ cavab almamışam", deyə Ərdoğan bildirib.

Bundan əvvəl Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Parisdə keçiriləcək iqlim sammitində Putin və Ərdoğan arasında ayrıca görüşün nəzərdə tutulmadığını deyib.

"France 24" telekanalına müsahibəsində Ərdoğan həmçinin "Təyyarənin Rusiyaya məxsus olduğu bizə məlum olsaydı, biz Türkiyənin hava məkanının pozulmasının qarşısını başqa cür alardıq", deyib. b.

Ərdoğanın dediyinə görə, vurulan Su-24 təyyarəsinin Rusiyaya məxsus olduğu müəyyən ediləndən sonra rusiyalı həmkarı Vladimir Putinlə telefon əlaqəsi yaratmağa çalışıb, lakin o cavab verməyib.

Türkiyə prezidenti bundan əvvəl "BBC"-yə müsahibəsində Rusiyaya məxsus "Su-24" bombardmançı təyyarəsinin vurulmasına görə Kremldən üzr istəmək niyyətində olmadığını bildirib.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
19.07.2019
Azərbaycan və Gürcüstanın Əfqanıstan döyüşçüləri bəyanat verdi - Keşikçidağla bağlı
19.07.2019
Prezident İlham Əliyev Səudiyyə Ərəbistanının Ədliyyə nazirini qəbul edib
19.07.2019
Qənirə Paşayeva Namibiyanın baş naziri ilə görüşdə Qarabağ həqiqətlərindən danışıb
19.07.2019
Qazaxıstanın Azərbaycandakı səfiri geri çağırılıb
19.07.2019
Keşikçidağı ilə bağlı Tiflis və Bakıdan maraqlı təkliflər