Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6399

Digər sorğular

Türkiyə Rusiya ilə münasibətlərin normallaşmasını istəyir

12:00  |    27 Noyabr 2015  |   E-mail  |  Çapa göndər

Türkiyə XİN rəhbəri Mövlud Çavuşoğlu Türkiyə-Rusiya münasibətlərinin normallaşacağına ümidvar olduğunu bildirib. APA-nın “Anadolu”ya istinadən verdiyi xəbərə görə, bunu Türkiyə XİN rəhbəri Mövlud Çavuşoğlu Şimali Kipr Respublikasına səfəri zamanı keçirdiyi mətbuat konfransında bildirib.

“Kədərli hadisədən sonra Rusiya - Türkiyə münasibətləri yenidən öz məcrasına qayıdacaq. Diplomatiya qalib gəlib. Oktyabrın 3-də və 4-də baş vermiş ciddi aviasiya insidentlərindən sonra biz diplomatiya yolunu seçdik, indidə bu yolu davam etdiririk. Rusiyalı həmkarım Sergey Lavrovla telefon danışığı zamanı biz prinsipial razılığa gəldik. ATƏT-ə üzv dövlətlərin XİN rəhbərlərinin Belqradda keçiriləcək konfransı zamanı bizim görüşmək imkanımız olacaq. Həmçinin, prezidentlərin də görüşmək imkanı olacaq. Əsası, sağlam düşüncənin zəfər çalmasıdır. Biz fikir ayrılığının dərinləşməsinə imkan verməməliyik”, deyə Çavuşoğlu qeyd edib.

O əlavə edib ki, Rusiya Türkiyə üçün sadəcə qonşu deyil, iki ölkə arasında xüsusi siyasi və iqtisadi əlaqələr var. Çavuşoğlu xatırladıb ki, Türkiyənin Krım məsələsinə dair mövqeyinə baxmayaraq, ölkə Qərbin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyaları dəstəkləməyib.

Nazir qeyd edib ki, rəsmi Ankara baş vermiş insidentin Rusiya-Türkiyə münasibətlərinin korlanmasına səbəb olmasını istəmir.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
20.07.2019
Prezident İlham Əliyev Avropa Olimpiya Komitələrinin prezidentini qəbul edib
20.07.2019
Prezident İlham Əliyev Belçikalıların Kralını təbrik edib
20.07.2019
Azərbaycan və İran birgə peyk layihəsi ilə bağlı müzakirələr aparır - Nazir
20.07.2019
Keşikçidağdakı “atışma”nı ermənilər planlayıb – Şok ssenari
19.07.2019
Prezident İlham Əliyev Qətərin Bələdiyyə və Ətraf Mühit nazirini qəbul edib - YENİLƏNİB