Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6482

Digər sorğular

Yazıçı Oqtay Əliyevin İMZA GÜNÜ keçirildi

18:15  |    26 Noyabr 2015  |   E-mail  |  Çapa göndər

Yazıçı-publisist Oqtay Əliyevin Azərbaycan Yazıçılar Birliyində imza günü və eyni zamanda Amerikada yeni nəşr olunmuş “Hourglass” və Bakıda çapdan çıxmış “Qum saatı” kitablarının təqdimatı keçirilib.

Kitablarda yazıçının milli-mənəvi, əxlaqi dəyərlərimizə, xalqımızın tarixi və qan yaddaşına böyük diqqət yetirilən həcmcə kiçik, lakin geniş məna kəsb edən əsərlərində insanlara haqqı tanıdan, həyatda yaşamın düz yolunu göstərən dəyərlər aşılanan, layiqli vətəndaşlar kimi yetişməyin mahiyyətini göstərən fikirlər öz əksini tapmış, qəhrəman döyüşçülərin simasında vətənpərvərlik , dövlətə və dövlətçiliyə bağlı olan ideyaları xüsusi ustalıqla verilmişdir. “Qum saatı” kitabının redaktoru və ön söz müəllifi şair- publisist, filologiya üzrə fəlsəfə doktoru, Azərbaycan Yazıçılar Birliyinin Qarabağ bölməsinin sədri Ənvər Əhməd, “Hourglass” kitabının redaktoru və ön söz müəllifi Xəzər Universitetinin prorektoru , professor Eldar Şahgəldiyevdir.



“Qum saatı” kitabında ayrı-ayrı bölmələrdə hekayələr, esselər, yumoristik yazılarla yanaşı publisistik oçerk və məqalələr də verilib. Öz ənənəsinə sadiq qalan yazıçı kitabdakı “Tikan əkən üzüm dərməz” bölməsində yeni kəlamlar vermişdir.
Amerikanın “Charleston” nəşriyyatı tərəfindən çap edilmiş “Hourglass” kitabında yazıçının əsasən seçmə yazıları nəşr olunmuşdur. Esselər, mənsur şeirlər, hekayələr və yumoristik əsərlərlə yanaşı kitabın baş mövzusu Ali Baş Komandanın rəhbərliyi altında Dağlıq Qarabağda müvəffəqiyyətlə keçirilən əməliyyatdan bəhs olunur. Burada düşmənlər tərəfindən hazırlanmış nüvə başlıqlarının ləğv edilməsi və dəyərli məlumatların, orada işləyən mütəxəssislərdən bir neçəsinin ələ keçirilərək gətirilməsi ilə bağlı Azərbaycan kəşfiyyatçılarının qəhrəmanlığına həsr edilən kino-povest nəşr edilmişdir. Qarabağ uğrunda bu gün də aparılan mübarizədən bəhs edən vətənpərvərlik mövzusundan bəhs edən hekayələr yazıçının yaradıcılığında mühüm yer tutur.

Yazıçı Oqtay Əliyev hazırda “Hacılılar”bədii-tarixi romanı, Qarabağda vuruşan qəhrəman vətən oğullarından bəhs edən “Yazılmamış gündəliklər” povesti üzərində yaradıcılığını davam etdirir. Yazıçı öz yaradıcılığında aktual mövzularda esselər və hekayələr yazmağa böyük dəyər verir. Yazıçının bir sıra əsərlərinin türk və rus dillərinə tərcümə olunması nəzərdə tutulmuşdur.

Azərbaycan Yazıçılar birliyinin üzvü , 2012-ci ilin Beynəlxalq Rəsul Rza mükafatı laureatı, yazıçı-publisist Əliyev Oqtay Bəndalı oğlu 1946-cı ildə Füzuli rayonu, ikinci Mahmudlu kəndində anadan olub. Gənc yaşlarından miniatürlər və kiçik hekayələrlə ədəbi yaradıcılığa başlayıb,“Sosialist Sumqayıtı”, “Araz” və “Qayıdış” qəzetləri redaksiyalarında işlədiyi müddətdə, eləcə də respublikamızda nəşr olunan “Kommunist” , “Azərbaycan gəncləri”, “Sovet kəndi” , “Bakinski raboçi” , “Vışka” qəzetlərində, “Ulduz”, “Azərbaycan”, “Mərhəmət elçisi”, “Sevgi” jurnallarında və bir sıra digər mətbu orqanlarında oçerk və zarisovkalarla, esselər, hekayələr, mənsur şeirlər, felyetonlar və novellalarla çıxış etmişdir. Yazıçı Oqtay Əliyev “Qızıl qələm” mükafatı laureatıdır, “2010-cu ilin nüfuzlu ziyalısı”, “Ağrı dağı”, “Şərəf” və s. diplomlarla təltif olunmuşdur.

Yazıçı-publisist Oqtay Əliyev “Təzadlı dünya”,“Böyük günah”, “Boş qalan papaqlar...”, “Seyid Əşrəf müqəddəsliyi”, “Əbədiyyətə qovuşan Koroğlu”, “Zakir Zeynalov fenomeni” , “Ətirli keçən zəhmət illəri” kitablarının müəllifidir. Onun “Əbədiyyətə qovuşan Koroğlu” əsəri 2009-cu, “Təzadlı dünya” kitabı 2011-ci “İlin kitabı” adlarına layiq görülmüş və kulturoloji mükafatlar almışdır.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
20.09.2019
Xalq artisti Arif Babayev Türkiyədə xəstəxanaya yerləşdirilib
19.09.2019
Türkiyə kanalı Üzeyir Hacıbəyli haqqında film çəkdi - VİDEO
18.09.2019
Stalinə mahnı oxutduran, Mircəfərə tabut daşıtdıran azərbaycanlı dahi – HƏYAT HEKAYƏTİ
18.09.2019
Şuşalı Üzeyir bəyin Ağcabədidə doğulmasının MARAQLI TARİXÇƏSİ
18.09.2019
Bu gün Milli Musiqi Günüdür