Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6564

Digər sorğular

İrəvanda Qarabağda döyüşən erməni cinayətkar dəstəsi tutuldu - ƏMƏLİYYAT GÖRÜNTÜSÜ

17:30  |    26 Noyabr 2015  |   E-mail  |  Çapa göndər

Ermənistanın Mİlli Təhlükəsizlik Xidməti ağır cinayətlərdə şübhəli bilinən qrupu zərərsizləşdirib.

APA TV-nin erməni saytlarına istinadən məlumatına görə, 1997-ci ildən İspaniyada yaşayan, hazırda İrəvanda müvəqqəti məskunlaşan Ermənistan vətəndaşı, 1981-ci il təvəllüdlü Artur Valerikoviç Vardanyan ağır cinayətlər törətmək məqsədilə dəstə düzəldib.

Həmin dəstənin 19 nəfər üzvü olub. Onların beşi İrəvan, 7-si Şirak, 3-ü Armavir, 2-si Lori, hərəsi 1 nəfər olmaqla Kotayk, Qeqrakun və Sünik sakinləridir. Dəstədə həmçinin 4 qadın fəaliyyət göstərib, banda nümayəndələrindən 3-ü Qarabağ savaşının iştirakçılarıdır.

Saxlanılanların kirayə qaldıqları evdən çoxlu sayda silah-sursat tapılıb. Dəstə üzvləri həyata keçirmək istədikləri cinayətləri məhz bu evdə keçirdikləri yığıncaqlarda planlaşdırıblar.
Polislə bir yerdə keçirilən əməliyyat zamanı onlardan tapançalar, qumbaraatanlar, qumbaralar, partlayıcı maddələr, patronlar, rabitə aparatları götürülüb. Cinayətkarların cəbbəxanasından həmçinin "AK-74", biri səsboğucusu olmaqla "AKM" avtomatları, müxtəlif tüfənglər, tank əleyhinə minalar aşkarlanıb.

Bandaya məxsus daha bir neçə mənzil isə Gümrüdə olub. Dəstə başçısı və bandanın digər üzvlərinin hamısı tutulub. Onların barəsində cinayət işi açılıb.


Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
16.11.2019
İranda benzinin qiymətinin qaldırılması etirazla qarşılanıb
16.11.2019
Türkiyədə Əl-Bağdadinin 25 qohumu tutulub
16.11.2019
Qonşuda benzin bahalaşdı: Əhali ayağa qalxdı
16.11.2019
Bill Qeyts yenidən dünyanın ən varlı adamı oldu
15.11.2019
Ərinin ona xəyanət etdiyini oxuduğu romandan anladı: evdəki halı, əlinin tərləməsi...