Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6571

Digər sorğular

Davudoğlu: “Rusiya təyyarəsinin vurulması əmrini mən vermişəm“ -VİDEO

21:30  |    25 Noyabr 2015  |   E-mail  |  Çapa göndər

Türkiyənin baş naziri Əhməd Davudoğlu Rusiyaya məxsus "Su-24" təyyarəsinin vurulması əmrini özü verdiyini açıqlayıb.

APA TV-nin Türkiyə mətbuatına istinadən xəbərinə görə, AKP-nin qrup toplantısında çıxış edən Davudoğlu bildirib ki, son günlər Bayırbucaq bölgəsinə hücumlar artdığına görə hər cür tədbirin görüləcəyi vurğulanıb, silahlı qüvvələrə təlimatlar verilib.


"Ötən gün sabah saatlarında Türkiyə hava sərhədini pozan bir təyyarə vurulub. İki təyyarəyə 5 dəqiqədə 10 dəfə xəbərdarlıq edilib. Beynəlxalq hüquqa uyğun şərtlərlə müdaxilə olunub. Müdaxilə bölgədə uçuş edən "F-16" təyyarələrimiz tərəfindən Türkiyə sərhədləri daxilində həyata keçirilib. Edilən bütün xəbərdarlıqları diqqətə almayan təyyarə Türkiyə Hərbi Hava Qüvvələri tərəfindən vurulub. Rusiya rəsmilərinin açıqlamalarından sonra vurulan təyyarənin Rusiyaya məxsus olduğu aydınlaşıb".

Baş nazir qeyd edib ki, keçirilən bütün toplantılarda görüləcək tədbirlər Türkiyə Silahlı Qüvvələrinə şəxsən özü tərəfimdən verilib. "İŞİD-ə qarşı əməliyyat keçirilir görüntüsü altında türkmənlərə yönələn qətliama yol açılmamalıdır. Buna dərhal son verilməlidir. Bayırbucaq bölgəsindəki qardaşlarımızın qorunması üçün hər cür tədbir alırıq", - deyə Davudoğlu qeyd edib.

Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
21.11.2019
Türkiyə Silahlı Qüvvələrinin sabiq Baş Qərargah rəisi Yaşar Büyükanıt vəfat edib
21.11.2019
Çavuşoğlu-Pompeo görüşü ilə bağlı ilk açıqlamalar
20.11.2019
Hitlerin xanımının əşyaları hərracda - Yəhudilər etiraz etdi
20.11.2019
Mehriban Əliyeva Rusiyanın baş naziri ilə görüşəcək
20.11.2019
“Amnesty International”: İranda 106 nəfər etirazçı öldürülüb