Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6564

Digər sorğular

Rusiya ilə qarşıdurma Türkiyəyə 44 milyard zərərə başa gələ bilər - HESABLAMA-VİDEO

17:38  |    25 Noyabr 2015  |   E-mail  |  Çapa göndər

Türkiyə Hərbi Hava Qüvvələrinin Suriya sərhədində Rusiyanın “SU-24” təyyarəsini vurmasından sonra Vladimir Putin Ankaraya layiqli cavab veriləcəyini açıqlayıb. APA TV-nin məlumatına görə, artıq Rusiya Xarici İşlər Nazirliyi vətəndaşlarını Türkiyəyə səfərdən çəkinməyə çağırıb, “Risturizm” isə bu ölkəyə turizm paketlərinin satışına qadağa qoyub. Moskva Türkiyəyə qarşı iqtisadi xarakterli daha hansı addımlar ata bilər? “RBC”nın hesablamalarına görə, Türkiyə Almaniyadan sonra Rusiyadan ən çox mavi yanacaq ixrac edən ikinci ölkədir. Ötən il Rusiya bu ölkəyə 27,3 milyard kubmetr qaz ixrac edib ki, bu da Türkiyənin mavi yanacağa olan tələbatının 60 faizini təşkil edir. “LUKoil” şirkətinin Türkiyədə 600-dən çox yanacaqdoldurma məntəqəsi var, bu bazarda “LUKoil”un payı 7 faizdir. Rusiyanın “İnter RAO” şirkəti isə Türkiyəönin Trakya Elektrik qaz elektrik stansiyasının səhmlərinin 100 faizinə sahibdir. 2010-cu ildə “Atomstroyeksport” Türkiyədə Akkuyu atom-elektrik stansiyasının tikintisinə dair dəyəri 20 milyard dollar olan müqavilə imzalayıb. Bu faktlar Rusiyanın Türkiyənin enerji bazarında ciddi təsir gücünə malik olduğunu və bu gücdən Ankara əleyhinə istifadə edə biləcəyini göstərir.


Rusiyanın əlində olan ikinci mühüm təzyiq vasitəsi turizmdir. Bu ilin 9 ayı ərzində Rusiyadan Türkiyəyə 3,3 milyon turist gəlib. Hər rus turist Türkiyədə orta hesabla 709 dollar xərcləyir, turistlərin Türkiyəyə gedişinə qadağa qoyulması bu ölkənin 2,33 milyard dollar turizm gəlirlərindən məhrum olması deməkdir.

Rusiya Türkiyənin bank sektorunda da güclü mövqeyə sahibdir. 2012-ci Rusiya “Sberbank”ı Türkiyənin “Denizbank”ının səhmlərinin 1000 faizini 3,5 milyard dollara satın alıb. Rus “Denizbank”ının Türkiyədə 5,4 milyon müştərisi, 599 regional ofisi var. Bankın aktivləri 40 milyard dollar, kapitalı isə 3 milyard dollardır.

Bundan başqa Rusiyanın “Yandex” şirkəti Türkiyənin elektron axtarış bazarında 7 faiz paya sahibdir. Ölkənin ən böyük mobil operatoru “Turkcell”in səhmlərinin 13,22 faizi rus iş adamlarının qurduğu Alfa Telekom Turkey Ltd. şirkətinə məxsusdur.

Qeyd edək ki, Rusiya Silahlı Qüvvələrinin Baş Qərargahı insidentdən dərhal sonra Türkiyə ilə hərbi - texniki əməkdaşlığı dayandırdığını açıqlayıb. İki ölkə arasında gərginlikdən öncə Rusiya Türkiyəyə “Kornet-E” tank əleyhinə raket kompleksləri, “Mİ-17” vertolyotları, zirehli maşınlar satırdı.

Ekspertlərin hesablamalarına görə, Rusiyanın əlində olan bu təzyiq imkanlarını işə salması Türkiyəyə ən azı 44 milyard zərərə başa gələ bilər.

Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
16.11.2019
Lavrov və sələfləri - onun əvəzlənməsi Azərbaycana fayda gətirərmi?
15.11.2019
Prezident iki rayona 6 milyon manat pul ayırdı
15.11.2019
Prezident İlham Əliyev KAICIID Beynəlxalq Mərkəzinin Baş katibini qəbul edib
15.11.2019
Prezident İlham Əliyev Qüds Sefardi ortodoks baş ravvinini qəbul edib
15.11.2019
Dünya dini liderlərinin II Sammitinin Bakı Bəyannaməsi qəbul edilib