Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6952

Digər sorğular

NATO: “Rusiya İŞİD-in olmadığı əraziləri bombalayır“-VİDEO

16:30  |    25 Noyabr 2015  |   E-mail  |  Çapa göndər

“Əgər türkmənlər doğrudan da Rusiyanın hücumlarına məruz qalırsa, özlərini müdafiə etmək üçün hər cür haqqa sahibdirlər”.

APA-nın “Milliyet”ə istinadən verdiyi məlumata görə, bu sözləri ABŞ Dövlət Departamentinin sözçüsü Mark Toner Türkiyə tərəfindən vurulan Rusiya hərbi təyyarəsinin pilotlarından birinin türkmənlər tərəfindən öldürülməsi iddiaları ilə bağlı suala cavabında deyib.

Mark Toner Rusiyanın Türkiyə sərhədinə çox yaxın bir sahədə suriyali mötədil müxalifləri hədəf almasına diqqət çəkərək bildirib ki, Rusiyanın sərhəddəki əməliyyatları bu cür nəticələrə gətirib çıxara bilər: “Gərginlik azaldılmalıdır. Prezident Obamanın da söylədiyi kimi, Rusiya Türkiyə sərhədlərinin çox yaxınlığında əməliyyatlar keçirir və mötədil müxalifləri təqib edib, onları hədəfə alır. Bu durum bu cür nəticələrə səbəb olur. NATO üzrə müttəfiqimiz Türkiyənin yanındayıq”.

Mark Toner gərginliyin azaldılması üçün ABŞ-ın səlahiyyətli şəxslərinin Türkiyə və Rusiya ilə təmasda olduqlarını vurğulayıb. O, prezident Barak Obamanın sözlərinə istinad edərək Türkiyənin öz hava məkanını qorumaq haqqı olduğunu vurğulayıb: “Əgər çox aydın bir sərhəd pozuntusu olubsa, Rusiya bunu gələcəkdə təkrar etməməlidir. Rusiya bunun hansı nəticəyə səbəb olacağını bilməlidir”.

Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
10.07.2020
Prezident İlham Əliyev Monqolustan Prezidentini təbrik edib
10.07.2020
Moskvadan ermənilərə qəzəbli mesaj: “Xəritəyə baxın!..”
09.07.2020
Rusiya Azərbaycanın təklifini dəstəklədi
09.07.2020
Zakir Həsənov Hulusi Akara başsağlığı verib
08.07.2020
Türkiyəli həkimlərdən Ərdoğana müraciət: “Azərbaycandakı qardaşlarımızla birgə...”