Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6958

Digər sorğular

Ərdoğan: “Su-24” təhlükələrə cavab qaydaları çərçivəsində vuruldu -VİDEO

14:22  |    25 Noyabr 2015  |   E-mail  |  Çapa göndər

Rusiyaya məxsus “Su-24” təyyarəsi təhlükələrə cavab qaydaları çərçivəsində vurulub. APA-nın məlumatına görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə Təhlükəsizlik Şurasının iclasından sonra deyib.

“Biz bu vəziyyətin bu cür olmasını istəmirdik, lakin hər kəs Türkiyənin öz sərhədlərini qorumaq hüququna hörmətlə yanaşmalıdır. Naməlum təyyarə bizim hava məkanımızı pozub, beş dəqiqə ərzində ona 10 dəfə xəbərdarlıq edilib, lakin pozuntu davam edib. Qəbul olunmuş və bundan əvvəl elan edilmiş təhlükələrə cavab qaydaları çərçivəsində həmin təyyarəyə qarşı tədbir görülüb”, deyə Ərdoğan qeyd edib.

Ərdoğan həmçinin əlavə edib ki, Türkiyə hava zərbələrinə məruz qalan Suriya türkmənlərinə hücumları qəti şəkildə pisləyir: ""Bayırbucaq türkmənlərinin olduğu bölgə İŞİD terror qruplaşmasının olduğu bölgə deyil, qoy heç kim heç kimi aldatmasın. Orada sadəcə Bayırbucak türkmənləri, soydaşlarımız, qohum-əqrəbalarımız yaşayır... Bu səbəbdən dinc əhali Türkiyə sərhədi boyu yerləşməyə məcbur olub".

Onun sözlərinə görə, bununla belə, Türkiyənin hər-hansı ölkəyə qarşı düşmən olmaq niyyəti yoxdur. "Bizim bu insidentdən yan keçmək üçün əlimizdən gələni etməyimizə dair heç kimin şübhəsi olmasın", deyə prezident qeyd edib.


Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
13.07.2020
Gürcüstan Prezidenti Ermənistan-Azərbaycan sərhədindəki gərginliklə bağlı narahatlığını ifadə edib
13.07.2020
“Ermənistan Müdafiə Nazirliyinin bəyanatına heç onun müttəfiqləri də inanmır”
13.07.2020
Ukrayna XİN-in Azərbaycan və Ermənistan sərhədində yaranan gərginliklə bağlı BƏYANATI
13.07.2020
"Can Azərbaycana canımız fəda" - Mövlud Çavuşoğlu - VİDEO
13.07.2020
Qənirə Paşayeva: “Ermənistan beynəlxalq müstəvidə də layiqli cavabını alacaq”