Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6957

Digər sorğular

Çempionlar Liqası: bu gün daha 8 oyun keçiriləcək

14:10  |    25 Noyabr 2015  |   E-mail  |  Çapa göndər

Çempionlar Liqasının 5-ci turu çərçivəsində bu gün daha 8 qarşılaşma baş tutacaq.

Modern.az bildirir ki, 10 xalla A qrupunda lider olan “Real” Madrid səfərdə Donetskin “Şaxtyor” (4 oyundan 3 xalı var) klubunun qonağı olacaq. Bu qrupda ikinci olan (7 xal) PSJ isə 3 xalla qrup sonuncusu “Malmö” ilə rəqib meydanında oynayacaq.

7 xalla B qrupuna başçılıq edən “Mançester Yunayted” 1 xal geridə qalan Eyndhovenin PSV, 4 xalla 4-cü yerdə qərarlaşan Moskvanın OMİK klubu öz meydanında “Volfsburq”u (6 xalı var) qəbul edəcək.

Türkiyənin Çempionlar Liqasındakı yeganə təmsilçisi “Qalatasaray” (4 xalla üçüncü yerdədir) 7 xalla C qrupunda ikinci yerdə olan Madridin “Atletiko” klubunun qonağı olacaq. “Astana” (2 xalı var) 9 xalla qrupda hələ ki lider olan “Benfika”nı öz meydanında sınağa çəkəcək.

D qrupunda 4 oyundan sonra 9 xalla birinci yerdə olan “Mançester Siti”ni 1 xal ondan geridə qalan “Yuventus”la Turində çətin qarşılaşma gözləyir. Bu qrupda 3 xalla 3-cü yeri tutan “Sevilya” isə sonuncu yerdəki (2 xalı var) “Borrusiya” Münhenqladbarqla İspaniyada oynayacaq.

“Astana”-“Benfika” oyunu Bakı vaxtı ilə saat 19:00-da, OMİK-“Volfsburq” görüşü isə saat 21:00-da başlayacaq. Qalan oyunlar gecə saat 23:45-də başlayacaq.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
09.07.2020
Azərbaycanlı olimpiya çempionu özünü belə formada saxlayır - VİDEO
06.07.2020
Azərbaycan idmançısı Ukraynada medal qazandı
06.07.2020
Azərbaycanlı dünya çempionu 22 yaşında vəfat etdi - FOTOLAR
02.07.2020
AFFA yeni hakimləri təsdiqlədi
30.06.2020
Olimpiya mükafatçısı yeni vəzifəyə təyin edilib