Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6706

Digər sorğular

Rəşid Behbudovun 100 illiyi qeyd olunacaq

21:33  |    24 Noyabr 2015  |   E-mail  |  Çapa göndər

Dekabrın 2-də Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində görkəmli müğənni, Xalq Artisti Rəşid Behbudovun anadan olmasının 100 illiyinə həsr olunmuş tədbir keçiriləcək.

QAZİLER.AZ xəbər verir ki, muzeydən AZƏRTAC-a bildirilib ki, tədbirdə sənətkarın həyat və yaradıcılığından, Azərbaycan musiqi mədəniyyətinin inkişafındakı xidmətlərindən söz açılacaq, repertuarından seçilmiş mahnılar səsləndiriləcək.

Qeyd edək ki, zəngin çalarlı, müstəsna səsə malik Rəşid Behbudov Azərbaycan vokal məktəbinin təkrarsız nümayəndələrindəndir. Azərbaycan ifaçılıq həyatını onsuz təsəvvür etmək mümkünsüzdür. Rəşid ifaçılığında hisslər təbii və dolğun, olduğu qədər də səmimidir. Azərbaycan xanəndələri üçün səciyyəvi olan improvizə xüsusiyyəti R.Behbudov yaradıcılığında bir az da təbii, bir az da orijinal görsənir. Onun mahnıları Azərbaycanı dünyaya tanıtdı. O, adını Azərbaycan musiqi tarixinə qızıl hərflərlə yazdıra bildi. Qərinələr, əsrlər ötəcək, amma Rəşid Behbudov sənətinə sevgi və məhəbbət heç vaxt azalmayacaq.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
19.02.2020
“Nə Xan Şuşinskinin, nə də Üzeyir bəyin əsərlərini çörəyə bağlamaq mümkün deyil...”
12.02.2020
Moskvada Müslüm Maqomayevin xatirəsinə həsr olunmuş konsert keçiriləcək
11.02.2020
Bakılı rejissorun Oskar mükafatı qazanmış filminin premyerasından 40 il ötür
04.02.2020
Xalq artisti səhhətindən danışdı: “90 yaşlı adam necə olar?”
04.02.2020
Polad Bülbüloğlu: “Qələbə marşını özüm yazacağam”