Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6482

Digər sorğular

Daşkənddə Bəxtiyar Vahabzadənin 90 illik yubileyi qeyd olunacaq

21:17  |    24 Noyabr 2015  |   E-mail  |  Çapa göndər

Azərbaycanın Özbəkistandakı səfirliyi, bu qurumun nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyəti (ÖADC) ilə birgə Nizami Gəncəvi adına Daşkənd Dövlət Pedaqoji Universitetindəki Azərbaycan Mədəniyyəti və Ədəbiyyatı Mərkəzində Xalq Şairi Bəxtiyar Vahabzadənin anadan olmasının 90 illiyi ilə bağlı yubiley tədbiri keçirəcək.


Noyabrın sonunda keçirilməsi planlaşdırılan tədbirdə səfirliyimizin birinci katibi, Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov, Özbəkistanın Xalq Şairi Camal Kamal, ÖADC-nin icraçı direktoru Erkin Nuriddinov, şair, tərcüməçi Usman Kuçkar, professor Bakidcan Toxliyev, Daşkənddəki Beynəlmiləl Mədəniyyət Mərkəzinin direktoru Nəsrəddin Məhəmmədiyev və bu təhsil ocağının dosenti Gülbahar Aşurova Bəxtiyar Vahabzadənin həyat və yaradıcılığı haqqında məlumat verəcəklər.

Universitetin tələbələri böyük şairin poeziyasından nümunələr səsləndirəcək, onun əsərləri əsasında hazırlanmış səhnəciklər göstərəcəklər.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
20.09.2019
Xalq artisti Arif Babayev Türkiyədə xəstəxanaya yerləşdirilib
19.09.2019
Türkiyə kanalı Üzeyir Hacıbəyli haqqında film çəkdi - VİDEO
18.09.2019
Stalinə mahnı oxutduran, Mircəfərə tabut daşıtdıran azərbaycanlı dahi – HƏYAT HEKAYƏTİ
18.09.2019
Şuşalı Üzeyir bəyin Ağcabədidə doğulmasının MARAQLI TARİXÇƏSİ
18.09.2019
Bu gün Milli Musiqi Günüdür