24-28 noyabr tarixlərində Bakıda ilk Tekila festivalı keçiriləcək.
Meksikanın Azərbaycandakı səfirliyindən APA-ya verilən məlumata görə, tədbirin keçirilməsində məqsəd Azərbaycanda Meksika haqqında məlumatların daha çox yayılmasıdır. Həmçinin, səfirlik bu ilin oktyabr ayının sonu-noyabr ayının əvvəlində Bakıda ilk Mezkal Dequstasiyası Festivalını da keçirib.

Tekila agavasının illik istehsalı 900 min ton rəqəminə çatır və bu içkinin dünyaya təqdim olunmasında 300 min nəfər fəxrlə çalışır. Tekila hər kəsin zövqü üçün istehsal olunur.
Sosial şəbəkələrdə paylaş
loading...
Bölməyə aid digər xəbərlər