Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6482

Digər sorğular

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi daha bir təşkilatla əməkdaşlığa başlayır

23:35  |    23 Noyabr 2015  |   E-mail  |  Çapa göndər

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi ilə Beynəlxalq Təşkilatların İtalyan Cəmiyyəti arasında qarşılıqlı əməkdaşlıq memorandumu imzalanıb.

Diasporla İş üzrə Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, Beynəlxalq Təşkilatların İtalyan Cəmiyyəti 1944-cü ildə İtaliyanın Xarici İşlər Nazirliyinin himayəsində təsis edilib və Birləşmiş Millətlər Assosiasiyalarının Ümumdünya Federasiyasının təsisçi qurumlarındandır. Hazırda təşkilatın rəhbəri İtaliyanın sabiq xarici işlər naziri (2002-2004; 2008-2011) və Avropa Birliyinin ədalət, azadlıq və təhlükəsizlik üzrə Avropa komissarı (2004-2008) Franko Frattinidir.


Əməkdaşlıq memorandumu çərçivəsində hər iki qurum multikulturalizm, dialoq, anlaşma, konfliktlərin həlli, dinlər və mədəniyyətlərarası dialoqun qurulması üçün birgə fəaliyyət göstərəcəklər.

Razılaşmaya əsasən, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi və Beynəlxalq Təşkilatların İtalyan Cəmiyyəti 2016-cı ilin yanvar ayında İtaliyanın paytaxtı Romada dinlərarası dialoq mövzusunda beynəlxalq konfrans təşkil edəcək.

Qeyd edək ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin bütün tədbirləri Diasporla İş üzrə dövlət Komitəsinin dəstəyi ilə ilə keçirilir.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
20.09.2019
Xalq artisti Arif Babayev Türkiyədə xəstəxanaya yerləşdirilib
19.09.2019
Türkiyə kanalı Üzeyir Hacıbəyli haqqında film çəkdi - VİDEO
18.09.2019
Stalinə mahnı oxutduran, Mircəfərə tabut daşıtdıran azərbaycanlı dahi – HƏYAT HEKAYƏTİ
18.09.2019
Şuşalı Üzeyir bəyin Ağcabədidə doğulmasının MARAQLI TARİXÇƏSİ
18.09.2019
Bu gün Milli Musiqi Günüdür