Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6952

Digər sorğular

Rusiyalı politoloq: “Azərbaycan prezidenti İŞİD-ə qarşı real mübarizədə maraqlıdır”-VİDEO

19:14  |    23 Noyabr 2015  |   E-mail  |  Çapa göndər

"Azərbaycan prezidenti İlham Əliyev obyektiv surətdə İŞİD terror qruplaşması ilə real mübarizədə maraqlıdır". APA TV-nin xəbərinə görə, bu fikirləri Vesti.az-a açıqlamasında rusiyalı politoloq, "Pressa" KİV Fondunun analitik şöbəsinin müdiri İqor Dmitriyev səsləndirib.

Onun sözlərinə görə, məsələ yalnız Qərb koalisiyasının tərkibində Suriya müharibəsində iştirak edən Türkiyə tərəfindən atılan addımların təkrarlanmasında deyil.

"Hələ ötən il İŞİD-in "xarici işlər naziri" Əbdül Vahid Xudayar Əhməd bu qruplaşma tərkibindəki azərbaycanlılardan ibarət bölüklərin komandirlərini hədsiz "qərbmeylli" Azərbaycan hökumətini devirməyə, Abşeron və Xəzər dənizindən çıxarılan neftin "islam dünyasının xilasına xidmət etməsi üçün" addımlar atmağa çağırmışdı".

Dmitriyevin qənaətinə görə, Azərbaycan birmənalı olaraq dünyanın lider dövlətləri arasında yer aldığından, rəsmi Bakı tez bir zamanda özünün buradakı mövqeyini möhkəmləndirməlidir.

"Rəsmi Bakının hazırkı vəziyyətdə Qarabağ məsələsində irəliləyişə nail olması yerinə düşərdi, lakin, Qərb hazırda bu məsələyə zaman ayırmağa qadir deyil", deyə, İqor Dmitriyev əlavə edib.

Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
11.07.2020
Prezident icra başçısını işdən çıxardı - SƏRƏNCAM
11.07.2020
Həbs olunan məmur Cahangir Əsgərovun bacısı oğludur?
11.07.2020
Bakıdakı bankomatların yanında dezinfeksiya qabları quraşdırılır - FOTO
11.07.2020
İstirahət gününün HAVA PROQNOZU
11.07.2020
Yol polisi yenidən dayanma-durmaya görə cərimə yazacaq