Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6706

Digər sorğular

“Kurtlar Vadisi Pusu“ sevənlərə pis xəbər

19:01  |    23 Noyabr 2015  |   E-mail  |  Çapa göndər

Azərbaycanda da minlərlə tamaşaçısı olan Türkiyənin məşhur "Kurtlar Vadisi Pusu" serialının qəhrəmanlarından biri ölüb. ANS PRESS-in məlumatına görə, filmdə
Süha Tarık obrazını canlandıran İsmayıl Aydın dünyasını dəyişib. Aktyorun ölümnə səbəb infarkt olub.

Bu barədə məlumatı filmin istehsalçı şirkəti olan "Pana Film" "Kurtlar Vadisi Pusu"nun Tvitter səhifəsində paylaşıb. "Başımız sağ olsun. Dəyərli könül dostumuz, ailəmizin böyüyü İsmayıl Aydın bu səhər keçirdiyi infarkt nəticəsində haqqın rəhmətinə qovuşub. Ona Allahdan rəhmət, yaxınlarına səbr diləyirik".

Süha Tarık serialda Polad Alemdarın (Necati Şaşmaz) atası Ömər Baba-nın sirrini bilən şəxs kimi baş rol ifacısının qarşısına çıxmışdı.

İlk olaraq adı olan "Kurtlar Vadisi" 2003-cü ildən yayımlanır. Serial Türkiyədəki mafia fəaliyyətləri və dövlət-mafia əlaqələri əsasında çəkilib. Dünya gündəmində olan bir sıra siyasi proseslər də serialda öz əksini tapır.

Serial yayıma başlayandan dünyanın bir çox ölkəsində, o cümlədən Azərbaycanda böyük tamaşaçı kütləsi qazanıb.

Filmin "Kurtlar Vadisi terror", "Kurtlar Vadisi İraq", "Kurtlar Vadisi Fələstin"kimi bölümləri də çəkilib.

Serial yayıma başlayan gündən baş rolun ifaçısı olan Polad Alemdar dəfələrlə ölümdən dönüb. Hətta bir müddət əvvəl o, çəkiliş zamanı qəzaya uğrayıb. Aktyorun çənəsi sınıb. Bir neçə həftə çəkilişdən uzaq qalan aktyor yenidən seriala qayıda bilib.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
19.02.2020
“Nə Xan Şuşinskinin, nə də Üzeyir bəyin əsərlərini çörəyə bağlamaq mümkün deyil...”
12.02.2020
Moskvada Müslüm Maqomayevin xatirəsinə həsr olunmuş konsert keçiriləcək
11.02.2020
Bakılı rejissorun Oskar mükafatı qazanmış filminin premyerasından 40 il ötür
04.02.2020
Xalq artisti səhhətindən danışdı: “90 yaşlı adam necə olar?”
04.02.2020
Polad Bülbüloğlu: “Qələbə marşını özüm yazacağam”