Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6444

Digər sorğular

“Tottenhem“ Bakıya qələbə ilə gəlir

18:53  |    23 Noyabr 2015  |   E-mail  |  Çapa göndər

Futbol üzrə İngiltərə Premyer Liqasının 13-cü turu çərçivəsində "Tottenhem" klubu öz meydanında "Vest Hem"i qəbul edib.

ANS PRESS-in məlumatına görə, oyun "Uayt Hart Leyn" stadionunda baş tutub.

Matça gəlincə, oyunda hesab 23-cü dəqiqədə meydan sahibləri tərəfindən açılıb. Hari Keyn rəqibi məyus edib. Buraxılmış qoldan 10 dəqiqə sonra "Vest Hem"li futbolçular yenə topu qapılarında görüblər. Tobi Alderveyreld Kristian Eriksenin künc zərbəsindən sonra havalandırdığı topu başla tora qovuşdurub. 50-ci dəqiqədə Hari Keyn yenə özündən söz edib. Ancaq bu da oyunda vurulan son qol olmayıb. Beləki, 83-cü dəqiqədə Kayl Uoker hesab arasındaki fərqi 4-ə yüksəldib. "Vest Hem"in isə yalnız təsəlli qola gücü çatıb. 87-ci dəqiqədə Lansini komandasının yeganə qoluna imza atıb.

Bu qələbədən sonra aktivinə 3 xal yazdıran "Tottenhem" klubu 24 xalla turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb.

26 noyabr tarixində isə "Tottenhem" Avropa Liqasının 5-ci turu çərçivəsində Bakıda "Qarabağ"ın qonağı olacaq. Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutan oyunun start fiti saat 22:00-da səslənəcək.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
21.08.2019
AFFA Qurban Qurbanova görə "Qarabağ"ı cərimələyib
14.08.2019
"Kişi olmaq və məğlubiyyəti qəbul etmək lazımdır" - Riçard Almeyda
21.07.2019
Əfsanəvi ciu-citsu ustası "Judo Club 2012"də seminar keçdi
20.07.2019
Prezidentdən idmançılarımıza pul mükafatı – SƏRƏNCAM
19.07.2019
Dünya şöhrətli UFC və MMA döyüşçüsü “Judo Club 2012”də seminar keçəcək