Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6482

Digər sorğular

Mədəniyyət və Turizm Nazirliyi prioritet istiqamətlərini açıqladı

17:38  |    23 Noyabr 2015  |   E-mail  |  Çapa göndər

Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi növbəti illərdə ölkədə turizm sahəsinin inkişafına nail olmaq üçün müəyyənləşdirdiyi prioritet istiqamətləri açıqlayıb.

Azərbaycan mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədov Trend-ə deyib ki, xarici ölkələrlə turizm əlaqələrinin genişləndirilməsi, respublikamızda mehmanxanaların və turizm şirkətlərinin sayının artırılması, dünya standartlarına uyğun turizm infrastrukturunun yaradılması, Azərbaycanın turizm bazarının dünya turizm bazarına inteqrasiyası, ölkəmizdə münbit investisiya mühitinin yaradılması, o cümlədən müxtəlif islahatların həyata keçirilməsi vasitəsilə mövsümiliyin aradan qaldırılması nazirliyin növbəti illərdə turizm sənayesinin inkişafı üçün görəcəyi işlərə aiddir.


N.Səmədovun sözlərinə görə, istər indi, istərsə da yaxın və uzaq gələcəkdə turizmin inkişafı naminə atılan addımlar ilk növbədə qanunvericilik bazasına arxalanmalıdır. Bu məqsədlə nazirlik tərəfindən mütəmadi olaraq tədbirlər görülür: “Azərbaycanın turizm imkanlarını dərindən araşdıraraq ölkədə turizm sahəsinin mövcud vəziyyətinin təhlilini və mövcud problemlərin aradan qaldırılması məqsədilə dünya təcrübəsində istifadə edilən mexanizmlərin Azərbaycan üçün uyğunlaşdırılmış müvafiq variantlarda tətbiqini təmin edəcək sənəd - yeni “Turizm haqqında” qanun layihəsi artıq müvafiq qurumlarla razılaşdırılma mərhələsindədir. Ümumdünya Turizm Təşkilatının ekspertləri ilə sıx əməkdaşlıq çərçivəsində hazırlanan bu layihənin tezliklə təsdiq ediləcəyi gözlənilir”.

N.Səmədov əlavə edib ki, “2016-2025-ci illər üçün Azərbaycanda turizmin inkişaf strategiyası”nın layihəsi də hazırda razılaşdırılma mərhələsindədir. Layihədə Azərbaycanda turizm sənayesinin mövcud vəziyyəti, inkişaf potensialı, turizmin inkişafında hökumətin rolu, maraqlı tərəflər arasında potensial əməkdaşlıq formaları, bu əməkdaşlıqların uğurla qurulması metodları və bir sıra digər mühüm elementlər haqqında məlumat və tövsiyələr əks olunub.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
20.09.2019
Xalq artisti Arif Babayev Türkiyədə xəstəxanaya yerləşdirilib
19.09.2019
Türkiyə kanalı Üzeyir Hacıbəyli haqqında film çəkdi - VİDEO
18.09.2019
Stalinə mahnı oxutduran, Mircəfərə tabut daşıtdıran azərbaycanlı dahi – HƏYAT HEKAYƏTİ
18.09.2019
Şuşalı Üzeyir bəyin Ağcabədidə doğulmasının MARAQLI TARİXÇƏSİ
18.09.2019
Bu gün Milli Musiqi Günüdür