Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6475

Digər sorğular

“Azdrama”da Ramilə Qurbanlının kitab təqdimatı olacaq

16:15  |    23 Noyabr 2015  |   E-mail  |  Çapa göndər

Noyabrın 28-i 15.00-da Akademik Milli Dram Teatrında tanınmış jurnalist, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun əməkdaşı Ramilə Qurbanlının “Yaradııcılq fondu”nun təşəbbüsü ilə yeni çapdan çıxan “33 pərdəli dram” kitabının təqdimatı olacaq. QAZİLER.AZ bu barədə Lent.az-a istinadla xəbər verir.


Kitabda R.Qurbanlının vaxtıyla mətbuatda çap olunan portret yazıları yer alıb.

Səyavuş Aslan, Telman Adıgözəlov, Yaşar Nuri, Kamal Xudaverdiyev, Həsənağa Turabov kimi dünyasını dəyişmiş sənətkarların portretləri həm peşəkarlar, həm də geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

Kitabda Rasim Balayev, Fuad Poladov, Mehriban Zəki, Ramiz Novruz, Nurəddin Mehdixanlı haqqında olan sanballı materialları da yer alıb. Adı çəkilən və çəkilməyən sənətkarların həm yaradıcılığı, həm də şəxsi həyatları barədə kitabda dolğun məlumatlar var, bir sözlə, oxuduqca onların tam portretlərini göz önündə canlandırmaq mümkündür.

“33 pərdəli” dram kitabına mədəniyyət aləminin tanınmış imzaları Azər Paşa Nemət və İlham Rəhimli ön söz yazıblar.

Kitab iki hissəlidir və hələlik birinci hissə çıxıb. İkinci hissədə Üzeyir bəy Hacıbəyli, Sabir Əhmədli, Tahir Salahov, Əzizə Cəfərzadə, Elza İbrahimova kimi böyük şəxsiyyətlər haqqında portret yazılar toplanıb.

Müəllif kitabın ərsəyə gəlməsində göstərdiyi köməyə görə Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fonduna, Yaradıcılıq Fonduna təşəkkürünü bildirir.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
19.09.2019
Türkiyə kanalı Üzeyir Hacıbəyli haqqında film çəkdi - VİDEO
18.09.2019
Stalinə mahnı oxutduran, Mircəfərə tabut daşıtdıran azərbaycanlı dahi – HƏYAT HEKAYƏTİ
18.09.2019
Şuşalı Üzeyir bəyin Ağcabədidə doğulmasının MARAQLI TARİXÇƏSİ
18.09.2019
Bu gün Milli Musiqi Günüdür
15.09.2019
Üç qadının sevdiyi rejissor...