Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6712

Digər sorğular

Cəfər Cabbarlı mükafatı növbəti sahiblərini tapdı

15:30  |    23 Noyabr 2015  |   E-mail  |  Çapa göndər

Noyabrın 25-də Azərbaycan Yazıçılar Birliyinin “Natəvan” klubunda Cəfər Cabbarlı mükafatının təqdimatı keçiriləcək. Tədbir Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının yardımı və C.Cabbarlı adına mədəniyyət, elm və təhsilin inkişafına yardım İctimai Birliyinin layihəsi əsasında baş tutacaq.
Birlikdən Lent.az-a verilən məlumata görə, 2015-ci ilin Cəfər Cabbarlı mükafatına xalq yazıçısı Elçin, kinorejissor Oqtay Mirqasımov, teatrşünas Məryəm Əlizadə, xalq artisti Zərnigar Ağakişiyeva, Türkiyənin Fırat Universitetinin professoru Ercan Alkaya və filologiya elmləri doktoru, professor Elman Hilal oğlu Quliyev layiq görülüb.

Bu mükafatı ilk dəfə C. Cabbarlının Ev Muzeyinin layihəsi 2001-ci ildə təsis olunub. Mükafat böyük yazıçının 100 illiyi münasibəti ilə Cəfər Cabbarlı teatrının və yaradıcılığının səhnə təcəssümü, tədqiqi və təbliği sahəsində müstəsna işlərə, əsərlərə, Azərbaycan ədəbiyyatının və teatrının, estetik fikrinin inkişafında xüsusi hadisə olan bədii nümunələrə görə teatr xadimlərinə və dram yazarlarına təqdim edilib.

Cəfər Cabbarlı mükafatının ilk baş qalibi C.Cabbarlının “Aydın” tamaşasının rejissor işinə görə xalq artisti Mikayıl Mirzə, 2-ci yerin qalibləri “ən yaxşı kişi və qadın obrazları” nominasiyasında “Sevil” operasında Balaş roluna görə xalq artisti Azər Zeynalov, Sevil roluna görə əməkdar artist Zemfira İsmayılova olub. “Ən yaxşı bədii əsər” nominasiyasında yazıçı Firuz Mustafanın “Adsız” pyeslər kitabı da mükafat qazanıb.

Ədibin yaradıcılığının zənginliyi və incəsənətin müxtəlif sahələrindəki əvəzsiz xidmətləri nəzərə alınaraq, sonrakı illərdə mükafat müxtəlif nominasiyalar üzrə müəyyənləşdirilib, ədəbiyyat, teatr və kino, jurnalistika, ədəbiyyatşünaslıq sahələri üzrə çalışan yaradıcı insanlar, ədəbiyyat və incəsənət xadimlərinə də verilib. 2014-cü ilin mükafatçıları sırasında teatr və kino sahəsindəki xidmətlərinə görə xalq artistləri Ağakişi Kazımov, Hacı İsmayılov, Məleykə Əsədova, Səidə Quliyeva, ədəbiyyatşünaslıq sahəsi üzrə işlərinə görə professorlar Himalay Qasımov, Fikrət Rzayev, Tahirə Məmməd və başqaları var.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
19.02.2020
“Nə Xan Şuşinskinin, nə də Üzeyir bəyin əsərlərini çörəyə bağlamaq mümkün deyil...”
12.02.2020
Moskvada Müslüm Maqomayevin xatirəsinə həsr olunmuş konsert keçiriləcək
11.02.2020
Bakılı rejissorun Oskar mükafatı qazanmış filminin premyerasından 40 il ötür
04.02.2020
Xalq artisti səhhətindən danışdı: “90 yaşlı adam necə olar?”
04.02.2020
Polad Bülbüloğlu: “Qələbə marşını özüm yazacağam”