Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6482

Digər sorğular

Səyavuş Aslanın yubileyi qeyd ediləcək

01:32  |    21 Noyabr 2015  |   E-mail  |  Çapa göndər

Noyabrın 25-də saat 19:00-da Akademik Milli Dram Teatrında xalq artisti, görkəmli teatr və kino aktyoru Səyavuş Aslanın 80 illik yubiley gecəsi keçiriləcək. Teatrın mətbuat xidmətindən verilən məlumata görə, yubiley mərasimi Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı baş tutacaq.


Tədbirdə Akademik Milli Dram Teatrının baş rejissoru-bədii rəhbəri Azərpaşa Nemət, xalq artistləri Hacı İsmayılov, Bəsti Cəfərova, kinoşünas, əməkdar mədəniyyət işçisi Aydın Kazımzadə, əməkdar incəsənət xadimi Məhərrəm Bədirzadə S. Aslanın kino və teatr fəaliyyətindən danışacaq, xatirələrini bölüşəcəklər.

Yubiley mərasimində S. Aslanın çəkildiyi filmlərdən və lentə alınan tamaşalardan səhnələr nümayiş olunacaq.

Yubiley tədbirinin rejissoru xalq artisti Mərahim Fərzəlibəyovdur.

Qeyd edək ki, S. Aslan 1935-ci il sentyabrın 5-də Bakıda doğulub. O, aktyorluğa həvəskar kimi dram dərnəyindən başlayıb. 1954-cü ildə qısa müddət musiqili komediya estrada truppasında, 1958-ci ildə Quba Dövlət Dram Teatrında çalışıb.

1984-cü ildən ömrünün sonunadək Akademik Milli Dram Teatrında çalışan Səyavuş Aslan 2013-cü il iyunun 27-də Bakıda vəfat edib.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
20.09.2019
Xalq artisti Arif Babayev Türkiyədə xəstəxanaya yerləşdirilib
19.09.2019
Türkiyə kanalı Üzeyir Hacıbəyli haqqında film çəkdi - VİDEO
18.09.2019
Stalinə mahnı oxutduran, Mircəfərə tabut daşıtdıran azərbaycanlı dahi – HƏYAT HEKAYƏTİ
18.09.2019
Şuşalı Üzeyir bəyin Ağcabədidə doğulmasının MARAQLI TARİXÇƏSİ
18.09.2019
Bu gün Milli Musiqi Günüdür