Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6660

Digər sorğular

Azərbaycanda zəfərana alıcı tapılmır

19:00  |    20 Noyabr 2015  |   E-mail  |  Çapa göndər

Bu il yağış mövsümünün gec başlaması, zəfəran yetişdirilən digər ölkələrdən fərqli olaraq, Azərbaycanda bu məhsulun yığımını bir neçə gün gecikdirib. Buna baxmayaraq builki məhsul, keçən illərlə müqayisədə daha bol olub. Amma hər il olduğu kimi bu il də zəfəran becərənlər, məhsullarını geniş bazara çıxararaq öz alıcısını tapmaqda çətinlik çəkir.


Sovet dönəmində zəfəran sovxozlarında becərilən bu məhsulu indi bəzi şəxslər sadəcə öz həyatyanı sahələrində əkir və bazara çıxararaq satmağa çalışır. Düzü zəfəranın ilk məhsulunu almaq birinci ildə mümkün olmur. Bunun üçün ən azı iki il gözləmək lazım gəlir. Yalnız bundan sonra noyabır ayının ilk günündən başlayaraq 20 gün davam edən yığım prossesi başlayır. Zəfəranın yararlı hissəsi isə sadəcə çiçəyin içərisində olan 3 nazik teldir.

Tarixən qızıldan da qiymətli olan zəfəran, Azərbaycan ərazisində, daha dəqiq desək, Abşeron bölgəsində də becərilən məhsullardan olub. 1 hektar ərazidən təqribən 2 kq-a yaxın qurudulmuş məhsul əldə etmək olur.

Bu gün dünyada zəfəran Türkiyə, Hindistan, İspaniyada yetişsə də, hazırda istehsalın 90%-i İranın payına düşür. İranda bu bitki ayrı-ayrı şirkətlər tərəfindən geniş sahələrdə əkilir. Hazırda beynəlxalq bazarda bir kiloqram zəfəranın qiyməti 8 600 - 13 min dollar arasında dəyişir.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
24.01.2020
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəhbərliyi üç rayonun sakinləri ilə görüşüb
24.01.2020
“Azəriqaz”ın rəhbərliyi üç rayonda qəbul keçirdi
23.01.2020
Bakıdakı 2 yaşayış massivinə təbii qaz verilib
23.01.2020
Bu ərazidə qaz olmayacaq
22.01.2020
“Məşğulluq” altsistemində 72300 vakansiya üzrə e-qaydada göndəriş verilib