Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6472

Digər sorğular

Diqqət: facebook-da təhlükəli virus yayılır...

17:15  |    20 Noyabr 2015  |   E-mail  |  Çapa göndər

Bu gün səhər saatlarından başlayaraq facebook sosial şəbəkəsində istifadəçilər adından viruslar yayılır.

Virus avtomatik olaraq mesaj qutusuna gəlir. Hətta istifadəçinin istəyi olmadan mesajlar açılır və getdikcə çoxalır.

Bəzi facebook isifadəçiləri bunun təxribat olduğunu hesab edirlər. İddia edilir ki, yayılan spamlar vasitəsi ilə facebook parolları oğurlana bilər.

Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz azvision.az-a bildirib ki, sosial şəbəkələrdə belə virusun kütləvi yayılması təhlükəlidir.

Ekspertin sözlərinə görə, sosial şəbəkədə bu kimi təhlükənin yayılmasına Elektron Təhlükəsizlik Mərkəzi dərhal reaksiya verməlidir.

“Bu məsələ ilə bağlı Elektron Təhlükəsizlik Mərkəzi tədbir görməlidir. Bu qurum dövlətin informasiya təhlükəsizliyinə cavab verən qurumdur. Mərkəzdən aldığımız məlumata görə, hazırda bu virusun dərmanını axtarırlar.

İstifadəçilərə tövsiyyəmiz odur ki, mesajlara daxil olan informasiyalardan ehtiyatlı olsunlar, mesajları açıb oxumasınlar. Bundan əlavə. həmin qruplardan çıxmaq, parolları dəyişmək lazımdır”.

Qeyd edək ki, viruslar özünü əsasən pornoqrafik materiallarda və istifadəçilərə xüsusi mesajların göndərilməsində, onların mesaj qutularında qruplara əlavə edilmələrində göstərir.

Facebook-da şəxsi mesaj bölməsinə digər dostlardan virus linkləri gəlir. Belə ki, sizin mesaj qutunuza bildiriş gəlir ki, dostlarınızdan biri qrup yaradıb və sizi də həmin mesajlaşma qrupuna əlavə edib. Lakin dostlarla maraqlananda bu qrupun onlar tərəfindən yaradılmadığı məlum olur.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
13.09.2019
Yeni kartların alınmasında növbələr müşühidə edilmir - “Azəriqaz”
12.09.2019
Nazirlik daha 50 avtomobili Qarabağ müharibəsi əlillərinə təqdim etdi - FOTO
12.09.2019
Azərbaycanda 565 minə yaxın uşaq sosial təminat növləri ilə əhatə olunub
11.09.2019
Sumqayıt, Şamaxı və Ağstafada qaz təchizatı dayandırılacaq
10.09.2019
Bu gün Sabunçu və Şəmkirdə qazın verilişində qısamüddətli fasilələr olacaq