Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6472

Digər sorğular

Dövlət Gömrük Komitəsi Rusiya Federal Gömrük Xidmətinə müraciət etdi

15:30  |    20 Noyabr 2015  |   E-mail  |  Çapa göndər

Rusiya Federasiyasının yol vergisi ilə bağlı ölkə qanunvericiliyində həyata keçirdiyi yeni düzəlişlər bu ölkədə fəaliyyət göstərən bir sıra nəqliyyat şirkətlərinin etirazına səbəb olub. Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, nəticədə ölkənin nəqliyyat sektorunda fəaliyyət göstərən şirkətlərin bəziləri tətil elan edərək işi dayandırıb. Yükdaşımalara təsir edən bu hadisə Azərbaycandan Rusiyaya aparılan kənd təsərrüfatı məhsullarının da daşınmasında problem yaradıb. Belə ki, sərhədi maneəsiz şəkildə qarşı tərəfə keçən yüklərin təyinat məntəqələrinə, xüsusilə Moskva və Moskva ətrafı regionlara çatdırılmasında əngəllər meydana gəlib.

Dövlət Gömrük Komitəsi bildirir ki, ölkənin Rusiya ilə sərhəddə yerləşən gömrük-keçid məntəqələrinin fəaliyyətində hər hansı problem yoxdur və gömrük-keçid məntəqələri müəyyən olunan qrafik əsasında gömrük nəzarəti işini həyata keçirir.

Qeyd edək ki, yaranmış problemin həlli ilə bağlı Dövlət Gömrük Komitəsi rəsmi olaraq Rusiya Federasiyası Federal Gömrük Xidmətinə müraciət edib.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
13.09.2019
Yeni kartların alınmasında növbələr müşühidə edilmir - “Azəriqaz”
12.09.2019
Nazirlik daha 50 avtomobili Qarabağ müharibəsi əlillərinə təqdim etdi - FOTO
12.09.2019
Azərbaycanda 565 minə yaxın uşaq sosial təminat növləri ilə əhatə olunub
11.09.2019
Sumqayıt, Şamaxı və Ağstafada qaz təchizatı dayandırılacaq
10.09.2019
Bu gün Sabunçu və Şəmkirdə qazın verilişində qısamüddətli fasilələr olacaq