Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6716

Digər sorğular

Azərbaycan “Ən yaxşı turizm istiqamətləri – 2015” müsabiqəsinin qalibidir

15:08  |    19 Noyabr 2015  |   E-mail  |  Çapa göndər

Azərbaycan “National Geographic Traveler” jurnalının “Ən yaxşı turizm istiqamətləri–2015” müsabiqəsində “İlin kəşfi” nominasiyasının qalibi olub.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, Rusiya paytaxtında keçirilən təntənəli mükafatlandırma mərasimində müsabiqənin qalib diplomu Rusiyanın tanınmış teleaparıcısı Mixail Kojuxov tərəfindən Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğluya təqdim edilib.


Səfir Polad Bülbüloğlu mərasimdə çıxışında “National Geographic Traveler” jurnalının oxucularına təşəkkür edib. Diplomat Azərbaycanın turistlər üçün cəlbedici ölkə olduğunu söyləyib: “Gözəl mənzərələr, qonaqpərvər insanlar, dadlı mətbəx, Abşeronun mirvari çimərlikləri Azərbaycanı həm turistlər, həm də ölkəmizin qonaqları üçün cəlbedici edir. Bizim ölkəmizdə həm qışda, həm də yayda gözəl istirahət üçün hər cür şəraitin yaradılıb. Azərbaycanda yeni dağ-xizək kurortları açılıb. Onlardan biri olan “Şahdağ” dağ xizək kurortu Rusiya sərhədinin yaxınlığında yerləşir. Digər dağ-xizək kurortu isə Azərbaycanın ən gözəl güşələrindən olan Qəbələdə yerləşir. "Tufandağ” adlanan bu dağ-xizək kurortunda həm təzə başlayanlar, həm də təcrübəlilər üçün bir neçə eniş var. Qeyd etmək istəyirəm ki, Moskvadan Qəbələyə birbaşa aviareyslər həyata keçirilir".

Jurnalın oxucuları arasında keçirilən sorğunun yekununa əsasən Azərbaycan “Qastronomik turizm” nominasiyası qaliblərinin üçlüyünə də daxil olub.

Qeyd edək ki, ənənəvi olaraq hər il keçirilən “National Geographic Traveler” jurnalının “Ən yaxşı turizm istiqamətləri” müsabiqəsi səyahətçilər üçün ən yaxşı istirahət yerlərini müəyyən edir. Bu dəfə ki, onlayn səsvermə iyunun 29-dan 31-dək 18 nominasiya üzrə keçirilib. Azərbaycanla yanaşı, Tailand “Çimərlik istirahəti”, Xorvatiya “Ailəvi istirahət”, İsveçrə “Dağ-xizək istirahəti”, Çin “Ekskursiyalı istirahət”, İtaliya “Aqroturizm”, Cənubi Koreya “Sağlamlıq istirahəti”, Malayziya “Ekoistirahət”, Yeni Zelandiya “Macəralı istirahət”, Yamal-Nenets Muxtar Dairəsi “Rusiya turizmi”, Fransa “Qastronomik turizm”, Efiopiya “Ekzotik istirahət” nominasiyalarının qalibi olublar.

Səsvermə çərçivəsində “Ən yaxşı aviaşirkət” – “Turkish Airlines”, “Ən yaxşı Rusiya aviaşirkəti” - “S7 Airlines”, “Ən yaxşı otel şəbəkəsi” – “Anantara”, “Ən yaxşı çimərlik oteli” - Seyşel adalarındakı “Maia Luxury Resort & Spa”, “Ən yaxşı internet-servis” – “Kayak.ru”, “Səyahətlər haqqında ən yaxşı veriliş” isə – “Pyatnitsa” telekanalının “Mir naiznanku” verilişi olub.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
26.02.2020
Sui-qəsddən qurtulub, sevgidən ölən İsmayılın sirri – Şəhid ziyalı
19.02.2020
“Nə Xan Şuşinskinin, nə də Üzeyir bəyin əsərlərini çörəyə bağlamaq mümkün deyil...”
12.02.2020
Moskvada Müslüm Maqomayevin xatirəsinə həsr olunmuş konsert keçiriləcək
11.02.2020
Bakılı rejissorun Oskar mükafatı qazanmış filminin premyerasından 40 il ötür
04.02.2020
Xalq artisti səhhətindən danışdı: “90 yaşlı adam necə olar?”