Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6658

Digər sorğular

Mollaların narahatlığına son qoyuldu

23:02  |    18 Noyabr 2015  |   E-mail  |  Çapa göndər

Azərbaycanda molla, axund və imamların fəaliyyətinin lisenziyalaşdırılması gündəmdə deyil.

Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı ANS PRESS-ə açıqlamasında bildirdi ki, Azərbaycanda molla, axund və imamlar üçün mütəmadi olaraq kurslar təşkil olunur, mühazirələr oxunur , onların fəaliyyətinə nəzarət edilir , buna görə də onların fəaliyyəti üçün əlavə lisenziyaya ehtiyac yoxdur.

“Molla, axund və imamlar Qafqaz Müsəlmanları idarəsi tərəfində təyin edilir. İdarənin ümumi qaydalarına uyğun olaraq yalnız dini təhsili, dini ayinləri icra etmək qabiliyyəti olan və Qafqaz Müsəlmanları idarəsinin təşkil etdiyi imtahanından keçən molla, axund və imamlar fəaliyyət göstərə bilər”.

Komitə sədri bildirdi ki, belə bir qaydalar Dini Etiqad Azadlığı haqqında qanunda və digər qanunlarda nəzərdə tutulmur.

Millət vəkili Musa Quliyev mətbuata açıqlamasında bildirmişdi ki, Azərbaycandakı mollaların fəaliyyətinin lisenziyalaşdırılması mühüm əhəmiyyət kəsb edir.

Onun sözlərinə görə mollaların fəaliyyətinin lisenziyalaşdırılması onların gələcək pensiya təminatına şərait yaradacaq.

"Mollalıqla məşğul olanlar bu işdən pul qazanırsa, bunun əvəzində vergi ödəməli, gələcək pensiyalarını təmin etməlidirlər. Həmçinin mollaların fəaliyyətinin lisenziyalaşdırılması, eyni zamanda xaricdən yönəldilən müəyyən mənfi təsirlərin, dini radikalizmin yayılmasının qarşısını alacaq”.

Musa Quliyev qeyd edir ki, onların gəlirlərinə diqqət olunmalı, eyni zamanda da mollalar savadlı olmalı, işlərinin daha yaxşı bilməlidirlər.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
22.01.2020
“Məşğulluq” altsistemində 72300 vakansiya üzrə e-qaydada göndəriş verilib
21.01.2020
Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
21.01.2020
Əlilliyin qiymətləndirilməsi qaydalarında hansı yeniliklər edilib?
18.01.2020
Nazir müavini: “Bugünədək 116 20 Yanvar əlili və şəhid ailəsinə mənzil, 92-nə avtomobil verilib”
18.01.2020
“Bu il müharibə əlilləri və şəhid ailələrinə daha 1500 mənzil veriləcək” - Nazir