“Ümid Yeri” uşaq sığınacaq evində dekabrda uşaqlar üçün uşaq, dünya və müasir Azərbaycan ədəbiyyatına aid kitablardan ibarət kitabxana yaradılacaq. Hər ay psixoloqların iştirakı ilə uşaqlarla söhbətlər, qiraət və mütaliə məşğələləri təşkil olunacaq.

Bildirilib ki, noyabrda Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının müəllim və tələbə heyəti “Ümid Yeri” uşaq sığınacaq evində olub, ilk dəfə istedadlı balacaları tanımaqla yanaşı, onlara mənəvi və maddi diqqət göstəriblər.
Sosial şəbəkələrdə paylaş
loading...
Bölməyə aid digər xəbərlər