Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6482

Digər sorğular

Musiqili Teatrda “Kimdir müqəssir?” 25-ci dəfə

20:23  |    18 Noyabr 2015  |   E-mail  |  Çapa göndər

Noyabrın 20-də Azərbaycan Dövlət Musiqili Teatrında Əbdürrəhim bəy Haqverdiyevin “Kimdir müqəssir?” adlı ikihissəli komediyası 25-ci dəfə nümayiş olunacaq.

Qurumun mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, tamaşa iki ildən çoxdur Musiqili Teatrın repertuarındadır. Azərbaycanın görkəmli klassiklərindən olan Əbdürrəhim bəy Haqverdiyev bu unikal əsərində insanın yarandığı andan bəri keçdiyi kəşməkəşli təkamül yolunu incə bir yumorla qələmə alıb.

Tamaşanın quruluşçu rejissoru İradə Gözəlova, quruluşçu rəssamı Nabat Səmədova, quruluşçu baletmeysterləri Xalq Artisti Təranə Muradova və Qalina Semyonova, rejissor assistenti Elməddin Dadaşovdur. Səhnə əsərindəki musiqilər Əməkdar Artist Natiq Şirinovun rəhbərlik etdiyi “Natiq” ritm qrupunun ifasında səsləndirilir. Tamaşada rolları Əməkdar artistlər Çingiz Əhmədov, Fəridə Məlikova, aktyorlar Hüseyn Əlili, Elməddin Dadaşov və Gültac Əlili ifa edirlər.

Qeyd edək ki, tamaşaçıların hər zaman böyük diqqət və maraqla izlədiyi bu səhnə əsərinin premyerası 2013-cü il mayın 6-da keçirilib. Tamaşa birinci Şəki Beynəlxalq Teatr Festivalında iştirak edib və fəxri diplomla təltif olunub.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
20.09.2019
Xalq artisti Arif Babayev Türkiyədə xəstəxanaya yerləşdirilib
19.09.2019
Türkiyə kanalı Üzeyir Hacıbəyli haqqında film çəkdi - VİDEO
18.09.2019
Stalinə mahnı oxutduran, Mircəfərə tabut daşıtdıran azərbaycanlı dahi – HƏYAT HEKAYƏTİ
18.09.2019
Şuşalı Üzeyir bəyin Ağcabədidə doğulmasının MARAQLI TARİXÇƏSİ
18.09.2019
Bu gün Milli Musiqi Günüdür