Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6472

Digər sorğular

Bir daha qızlara oğlan, oğlanlara qız adı verilməsi haqda...

20:08  |    18 Noyabr 2015  |   E-mail  |  Çapa göndər

Noyabrın 16-da "Report" İnformasiya Agentliyi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin rəsmi məlumatlarına istinadən ölkədə oğlanlara qız, qızlara oğlan adları qoyuması barədə məlumat yayıb.

Sayt mövzunun gözlənildiyindən də artıq maraq doğurduğunu nəzərə alaraq, Ədliyyə Nazirliyinin "Elektron xidmətlər" bölməsinə istinadən 2011-2015-ci illərdə Azərbaycanda qoyulan adlarla bağlı maraqlı statistikanı detallı şəkildə təqdim edir.


Beləliklə, son beş ildə ölkədə 996 oğlan uşağına İslam adı verilib. 2011-ci ildə 1, 2012-ci ildə 2, 2013-cü ildə 1 qız uşağına da İslam adı verilib.

2011-ci ildə bir qız uşağına İslama adı qoyulub.

Ən çox qoyulan adlar sırasında olan Yusif adı son beş ildə 20 389 oğlan, eləcə də 47 qız uşağına verilib.

Belə ki, 2011-ci ildə 11, 2012-ci ildə 6, 2013-cü ildə 13, 2014-cü ildə 9, 2015-ci ildə 8 qız uşağına Yusif adı qoyulub.

Son beş ildə 23 qız uşağına Məhəmməd adı verilib. 2011-ci ildə 6, 2012, 2014. 2014-ci illərin hər birində 4, 2013-cü ildə isə 5 qız uşağına Məhəmməd adı verilib.

Son beş ildə ölkədə 19 319 qız uşağına Zəhra adı qoyulub. Eyni zamanda, 86 oğlan uşağına bu ad verilib. Belə ki, 2011-ci ildə 19, 2012-ci ildə 22, 2013-cü ildə 20, 2014-cü ildə 16 və 2015-ci ildə 9 oğlan uşağı valideynləri tərəfindən Zəhra adlandırılıb.



Hüseyn adı son beş ildə 13 902 oğlana verilib. 23 qız uşağına da bu ad qoyulub. Belə ki, 2011-ci ildə 8, 2012-ci ildə 3, 2013-cü ildə 3, 2014-cü ildə 3, 2015-ci ildə 6 qız uşağına Hüseyn adı verilib.

Son beş ildə 2533 oğlan uşağına Mehdi adı qoyulub. 5 qız uşağı da Mehdi adını alıb.

2011-ci ildə 1, 2013-cü ildə 1, 2014-cü ildə 2, 2015-ci ildə 1 qız uşağı Mehdi adlandırılıb.

Eyni zamanda, ötən beş ildə 610 oğlana Cəfər adı qoyulub. 2001-ci ildə isə bir qız uşağına Cəfər adı verilib.

Oğlan və qızlara verilən qarışıq adlar zamanı diqqət çəkən məqam odur ki, oğlanlara və qızlara qoyulan qarışıq adların hamısı dini adlardır.

Ədliyyə Nazirliyinin Vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidmətindən sayta verilən məlumata görə, respublikanın rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən cari ilin 8 ayı ərzində 1542 soyadın, adın və ata adının dəyişdirilməsi qeydə alınıb. İstisna olunmur ki, dəyişdirilən adların əksəriyyəti valideynlərin qoyduğu qeyri-adi adlar (oğlana qız, qıza oğlan adının qoyulması kimi) olub.

Rəqəmləri təqdim edilən statistikanı da oxucuların diqqətinə çatdırırıq. "Report" bir daha bəyan edir ki, bu, Ədliyyə Nazirliyinin rəsmi məlumatıdır:
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
13.09.2019
Yeni kartların alınmasında növbələr müşühidə edilmir - “Azəriqaz”
12.09.2019
Nazirlik daha 50 avtomobili Qarabağ müharibəsi əlillərinə təqdim etdi - FOTO
12.09.2019
Azərbaycanda 565 minə yaxın uşaq sosial təminat növləri ilə əhatə olunub
11.09.2019
Sumqayıt, Şamaxı və Ağstafada qaz təchizatı dayandırılacaq
10.09.2019
Bu gün Sabunçu və Şəmkirdə qazın verilişində qısamüddətli fasilələr olacaq