Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6658

Digər sorğular

Daha yüz müharibə əlilinə və onlara bərabər tutulan şəxslərə avtomobil verildi

18:15  |    18 Noyabr 2015  |   E-mail  |  Çapa göndər

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi müharibə əlillərini və onlara bərabər tutulan şəxsləri minik avtomobili ilə təmin etdi

Son üç ay ərzində artıq 400 nəfər imtiyazlı şəxsə nazirlik tərəfindən
minik avtomobili verilib

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müharibə əlilləri və onlara bərabər tutulan şəxslərə diqqət və qayğısı həmin insanların minik avtomobilləri ilə təminatında da mühüm addımların atılmasına şərait yaradıb. Bu sahədə tədbirlərin davamı olaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən daha 95 nəfər müharibə əlili və onlara bərabər tutulan şəxsə “Naz-LİFAN” markalı minik avtomobilləri verilib.

Onlardan 47 nəfəri Qarabağ müharibəsi, 15 nəfəri Böyük Vətən müharibəsi, 1 nəfəri 20 Yanvar, 10 nəfəri Çernobıl AES əlili, 22 nəfəri isə hərbi xidmət vəzifələrini yerinə yetirərkən əlil olanlardır.

Avtomobillərin təqdim olunması tədbirində əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İlqar Rəhimov dövlət başçısının 23 dekabr 2013-cü il tarixli və 30 aprel 2014-cü il tarixli Sərəncamları nəticəsində hələ ötən il ərzində 2014-cü ilədək növbədə dayanan bütün imtiyazlı şəxslərin avtomobillə təminatının başa çatdırıldığını vurğulayıb: “Hətta keçən il 2014-cü il ərzində növbəyə dayananların avtomobillə təmin olunmasına başlanıldı və onlardan da 67 nəfərinə minik avtomobili verildi. Son üç ay ərzində isə artıq 400 nəfər müvafiq şəxsə minik avtomobili təqdim olunub”.



Nazir müavini bildirib ki, indiyə qədər ölkəmizdə dövlət tərəfindən avtomobil verilmiş 5750 nəfərə yaxın müharibə əlili və onlara bərabər tutulan şəxsin 33,6 faizi, yəni 1933 nəfəri məhz keçən il və cari ilin ötən dövründə avtomobillə təmin edilib. Əlilliyi olan şəxslərin sosial təminatlarının gücləndirilməsi ilə bağlı digər sahələrdə də görülən məqsədyönlü işləri qeyd edən İ.Rəhimov bu işlərin qarşıdakı dövrdə də uğurla davam etdiriləcəyini diqqətə çatdırıb.



Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Təminat Xidmətinin rəisi Çingiz Əliyev, ayrı-ayrı əlil ictimai təşkilatlarının rəhbərləri ölkəmizdə əlilliyi olan insanların rifah halının yaxşılaşdırılması məqsədilə həyata keçirilən tədbirlərin Azərbaycanın sosial dövlət statusunun, ölkə rəhbəri tərəfindən aparılan sosial yönümlü siyasətin əyani təzahürü olduğunu ifadə ediblər.



Minik avtomobili ilə təmin olunan müharibə əlilləri və onlara bərabər tutulan şəxslər ölkəmizin dinamik inkişafı şəraitində bütün sosial proqramların, o cümlədən onların təminatının gücləndirilməsinə yönələn tədbirlərin uğurla davam etdirilməsindən razılıqla bəhs ediblər. Çıxış edənlər göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Prezidenti cənab İlham Əliyevə dərin minnətdarlıqlarını vurğulayıblar.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
22.01.2020
“Məşğulluq” altsistemində 72300 vakansiya üzrə e-qaydada göndəriş verilib
21.01.2020
Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
21.01.2020
Əlilliyin qiymətləndirilməsi qaydalarında hansı yeniliklər edilib?
18.01.2020
Nazir müavini: “Bugünədək 116 20 Yanvar əlili və şəhid ailəsinə mənzil, 92-nə avtomobil verilib”
18.01.2020
“Bu il müharibə əlilləri və şəhid ailələrinə daha 1500 mənzil veriləcək” - Nazir