Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6705

Digər sorğular

Azərbaycanın “kuklaları“ Rusiyada qalmaqal yaratdı

21:32  |    17 Noyabr 2015  |   E-mail  |  Çapa göndər

Rusiyanın Perm prokurorluğu PERMM muzeyində azərbaycanlı rəssam Vüsal Rəhimin nümayiş etdirdiyi gəlinciklərlə bağlı araşdırma başlayıb.

ANS PRESS-in məlumatına görə, sərgi izləyiciləri həmin gəlinciklərlə bağlı şikayət ediblər. Permlilərin firkincə, göstərilən bəzi gəlinciklər "zorakılığı, seksual və moral əxlaqsızlığı, pedofilliyi, uşaq pornoqrafiyasını təbliğ edir, cəmiyyətin və dövlətin əxlaqi dayaqlarını dağıdır".

Bundan başqa, "Şəkər dağları, neft sahilləri" adlı sərgidə yaş məhdudiyyətinin olmaması gəlinciklərin uşaq bağçalarıda da daxil olmaqla digər qurumlarda fəal şəkildə reklam olunmasına şərait yaradıb.

8-15 noyabr tarixlərində keçirilən sərgi Rusiyanın Perm vilayətinin Mədəniyyət Nazirliyinin dəstəyi ilə təşkil edilib.

Sərginin mövzusu haqqında danışarkən təşkilatçılar bildiriliblər ki, kompozisiyalar özündə bir neçə mövzunu ehtiva edir; şəxsi ekzistensiya (mövcud olma), Azərbaycan cəmiyyətində qadının və kişinin rolu, mədəni özünümüəyyənetmə və qərb mədəniyyətinə inteqrasiya haqqında "əbədi sual".

Sərgi başa çatsa da, valideynlər şikayətlərində israr edirlər. Onlar əllərindəki foto şəkilləri və broşürləri prokurorluğa təqdim edərək övladlarını bu cür tədbirlərdən qorumağı tələb edirlər. 7-15 noyabrda muzey ziyarətçiləri arasında olan uşaqların valideynləri petisiya yaradıblar .

Azərbaycan Mədəniyyət və Turizm nazirliyi artıq məsələ ilə bağlı araşdırmaya başlayıb.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
19.02.2020
“Nə Xan Şuşinskinin, nə də Üzeyir bəyin əsərlərini çörəyə bağlamaq mümkün deyil...”
12.02.2020
Moskvada Müslüm Maqomayevin xatirəsinə həsr olunmuş konsert keçiriləcək
11.02.2020
Bakılı rejissorun Oskar mükafatı qazanmış filminin premyerasından 40 il ötür
04.02.2020
Xalq artisti səhhətindən danışdı: “90 yaşlı adam necə olar?”
04.02.2020
Polad Bülbüloğlu: “Qələbə marşını özüm yazacağam”