Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6472

Digər sorğular

500 nəfərdən çox əlilliyi olan şəxs peşə reabilitasiyasına cəlb edilib

20:40  |    17 Noyabr 2015  |   E-mail  |  Çapa göndər

Cari ilin ötən dövründə Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən əlilliyi olan şəxslərin əmək bazarına çıxış imkanlarının artırılması üçün onların peşə reabilitasiyası istiqamətində görülən işlər davam etdirilib.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən QAZİLER.AZ-a verilən məlumata görə, hesabat dövründə ƏƏSMN 508 nəfər əlilliyi olan şəxsi əmək bazarının tələblərinə uyğun peşələr üzrə peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb edib.

Əlilliyi olan şəxslərin 330 nəfəri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 1 saylı Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzində peşə hazırlığına qəbul edilib. Sağlamlıq imkanları məhdud gənclər burada dərzi, toxucu, xalçaçı, kompyuter istifadəçisi, kompyuter dizayneri, bərbər və s. peşələr üzrə təlim kursu keçməklə yanaşı, təlim müddətində dövlət hesabına yataqxana, yemək, tibbi-fizioterapevtik xidmət və s. ilə də təmin olunublar.

Digər 178 nəfər əlilliyi olan şəxs isə nazirlik yanında Dövlət Məşğulluq Xidmətinin təşkil etdiyi peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb ediliblər. Peşə kurslarını bitirən əlilliyi olan şəxslərin münasib iş yerləri ilə təmin olunması istiqamətində də müvafiq işlər aparılıb.

Ümumilikdə bu ilin ötən dövründə ƏƏSMN tərəfindən 3500 nəfərə yaxın vətəndaş peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb edilib.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
13.09.2019
Yeni kartların alınmasında növbələr müşühidə edilmir - “Azəriqaz”
12.09.2019
Nazirlik daha 50 avtomobili Qarabağ müharibəsi əlillərinə təqdim etdi - FOTO
12.09.2019
Azərbaycanda 565 minə yaxın uşaq sosial təminat növləri ilə əhatə olunub
11.09.2019
Sumqayıt, Şamaxı və Ağstafada qaz təchizatı dayandırılacaq
10.09.2019
Bu gün Sabunçu və Şəmkirdə qazın verilişində qısamüddətli fasilələr olacaq