Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6712

Digər sorğular

Avropada Bakının davamçısı seçilir

20:23  |    17 Noyabr 2015  |   E-mail  |  Çapa göndər

İkinci Avropa Oyunlarının keçiriləcəyi namizəd ölkələrin siyahısı hazırlanmaqdadır.

ANS PRESS-in məlumatına görə, bu barədə Milli Olimpiya Komitəsinin (MOK) mətbuat xidmətindən məlumat verilib. Namizəd ölkələrin siyahısı Beynəlxalq Avropa Olimpiya Komitəsi (BAOK) tərəfindən hazırlanma prosesi həyata keçirilir.

Ona görə də yaxın zamanlarda İkinci Avropa Oyunlarının keçirilməsinə namizəd ölkələrin adlarının açıqlanacağı gözlənilir.

Bu ilin 18-21 noyabr tarixlərində Çexiyanın Praqa şəhərində Avropa Olimpiya Komitəsinin (AOK) 44-cü Baş Assambleyası keçiriləcək.

Assambleyada Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə, Azərbaycan Respublikası Gənclər və İdman nazıri Azad Rəhimov, MOK-nin Beynəlxalq Əlaqələr İdarəsinin rəisi Könül Nurullayeva və digərləri iştirak edəcəklər.

Tədbirdə həmçinin 2016-cı il Rio de Janeiro Yay Olimpiya Oyunları və 2020-ci il Pekin Qış Olimpiya Oyunlarının Təşkilat Komitələrinin hesabat çıxışları, yeniyetmələr arasında 2016-cı il Lillehhammer Qış Olimpiya Oyunları da müzakirə olunacaq.

Həmçinin, 2021-ci ildə keçiriləcək Avropa Yeniyetmələrinin Olimpiya Festivalının namizəd ölkələrinin siyahısı açıqlanacaq. Assambleyada Avropa Olimpiya Komitəsinin 45-ci Baş Assambleyasının keçiriləcəyi ölkənin adı də məluma olacaq.

Bakı-2015 - Birinci Avropa Oyunları bu ilin iyun ayının 12-28 tarixlərində Azərbaycanın paytaxtı Bakıda keçirilmiş, bir çox innovativ idman növünü özündə cəmləşdirən ilk Avropa oyunlarıdır.Oyunlarda 50 ölkədən 20 idman növü üzrə 6000-dən çox idmançı yarışlara qatılıb.

Tarixdə ilk Avropa Oyunlarının keçirilməsi barədə qərar 8 dekabr 2012-ci il tarixində, Romada baş tutmuş Avropa Olimpiya Komitəsinin 41-ci Baş Assambleyasında qəbul edilib. Avropa Oyunlarının hər dörd ildə bir keçirilməsi planlaşdırılır, növbəti oyunlar 2019-cu ildə baş tutacaq.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
19.02.2020
“Nə Xan Şuşinskinin, nə də Üzeyir bəyin əsərlərini çörəyə bağlamaq mümkün deyil...”
12.02.2020
Moskvada Müslüm Maqomayevin xatirəsinə həsr olunmuş konsert keçiriləcək
11.02.2020
Bakılı rejissorun Oskar mükafatı qazanmış filminin premyerasından 40 il ötür
04.02.2020
Xalq artisti səhhətindən danışdı: “90 yaşlı adam necə olar?”
04.02.2020
Polad Bülbüloğlu: “Qələbə marşını özüm yazacağam”