Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6472

Digər sorğular

“Azəriqaz”dan əhaliyə XƏBƏRDARLIQ

19:22  |    17 Noyabr 2015  |   E-mail  |  Çapa göndər

“Azəriqaz” İB tərəfindən mütəmadi olaraq aparılan məqsədyönlü təbliğata baxmayaraq, respublika ərazisində təbii qazdan düzgün istifadə edilməsi qaydalarının kobud şəkildə pozulması hallarına hələ də rast gəlinir.

“Azəriqaz”-ın mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, aparılmış araşdırmalar göstərir ki, bədbəxt hadisələrin təxminən 98 faizi istehlakçılar tərəfindən təbii qazdan istifadə qaydalarına tam riayət edilməməsi səbəbindən baş verir.

Bütün bunları nəzərə alaraq, “Azəriqaz” İB istehlakçıları aşağıdakı təhlükəsizlik qaydalarına riayət etməyə çağırır:

• Mənzilə, zirzəmilərə daxil olarkən qaz sızmasının olmadığını təyin etməmiş açıq oddan və elektrik şəbəkəsindən istifadə etməyin.

• Qaz cihazlarından istifadə etməzdən əvvəl mütləq otağın havasını dəyişin, yalnız qaz iyinin olmadığına əmin olduqdan sonra cihazı yandırın.

• Qaz cihazlarından istifadə edərkən yanan odu odluğa yaxınlaşdırdıqdan sonra qaz kranını açın.

• Qaz cihazlarını nəzarətsiz qoymayın. Kiçik yaşlı uşaqların, ruhi xəstələrin, qazdan istifadə etməyi bacarmayan şəxslərin qaz cihazlarından istifadəsinə imkan verməyin.

• Qaz cihazlarından istifadə edib qurtardıqdan sonra cihaz üzərindəki bağlayıcını və xətdəki nəzarət kranını bağlayın.

• Qaz qurğularını onların texniki pasportlarında göstərilmiş tələblərə uyğun təhlükəsiz istismar edin.

• Qaz cihazlarının təmiri və onlara texniki xidmət göstərilməsi işləri yalnız xüsusi razılığı (lisenziyası) olan təşkilatların və ya yerli qaz istismar sahələrinin aidiyyəti işçiləri tərəfindən həyata keçirilməlidir. Kənar şəxslərin bu işləri görməsinə yol verməyin.

• Qaz iyi və qaz cihazlarında nasazlıq hiss etdikdə, dərhal bütün kranları bağlayın, elektrik cihazlarını şəbəkəyə qoşmayın, işlək cihazları şəbəkədən ayırmayın, işığı yandırıb-söndürməyin, mənzilin havasını dəyişdikdən sonra 104 №-li telefonla qəza dispetçer xidmətinə müraciət edin.

• Mənzildə 1 (bir) aydan çox müddətdə kimsənin yaşamayacağı təqdirdə qaz istismar sahəsinə bu barədə əvvəlcədən yazılı olaraq məlumat verin.

• Zirzəmidə, binanın girişində, həyətdə, küçədə qaz iyi hiss etdikdə ətrafdakılara ehtiyat tədbirləri barədə xəbərdarlıq edin, qazlı mühitdən insanların çıxarılması, açıq od və qığılcım yarada bilən hərəkətlərin qarşısının alınması üzrə tədbirlər görün və qaz istismar sahəsinə təcili məlumat verin.

• Yanğın baş verdikdə dərhal mənzilə və ya evə gedən qaz xətti üzərindəki giriş kranını (ventili) bağlayın, 101 №-li telefonla FHN-nin yanğından mühafizə xidmətinə, 104 №-li telefonla isə qaz qəza dispetçer xidmətlərinə xəbər verin.

• Daxili qaz kəmərləri və qaz cihazlarına profilaktik xidmət göstərilməsinə maneçilik törədə bilən işlərə yol verməyin.

• Tüstü bacalarının, havalandırma və havadəyişmə xətlərinin normal işləməsini diqqətdə saxlayın və qaz cihazlarından istifadə etməzdən əvvəl mütləq onlarının normal işləməsinə əmin olun. Qaz sobalarının və su qızdırıcılarının tüstü kanalları (bacaları), mətbəx və vanna otaqlarının ventilyasiya kanalları ( havadəyişmə yolları) qış mövsümünün başlanmasına qədər bina və fərdi yaşayış evlərinin sahibləri tərəfindən təmizləndirilməli, təmir etdirilməli və onların vaxtaşırı yoxlanılması təmin olunmalıdır.

• İctimai binalarda, təhsil, səhiyyə, digər idarə və müəssisələrdə təbii qazdan istifadəyə cavabdeh şəxslər təyin edilməlidir. Məsul şəxslər müəssisə rəhbərinin əmri ilə təyin edilməli və “Qaz təsərrüfatında təhlükəsizlik Qaydaları” na uyğun olaraq imtahan verməlidirlər.


Bundan başqa, xəbərdarlıqda nələrin qadağan olunması ilə bağlı da məlumat da ifadə edilib:
• Qaz xətlərinin özbaşına çəkilməsi, qaz cihazlarının yerinin dəyişdirilməsi, təmiri və əlavə qaz cihazlarının quraşdırılması;

• Qaz cihazları üzərində paltar və ya diğər alışa bilən əşyaların qurudulması;

• Qaz cihazları olan otaqlarda tez alışan mal və materialların yerləşdirilməsi və saxlanılması qadağandır.


Unutmayın ki, təbii qazdan istifadə qaydalarına riayət etməklə siz özünüzün və ətrafdakıların həyatını baş verə biləcək bədbəxt hadisələrdən qorumuş olursunuz.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
13.09.2019
Yeni kartların alınmasında növbələr müşühidə edilmir - “Azəriqaz”
12.09.2019
Nazirlik daha 50 avtomobili Qarabağ müharibəsi əlillərinə təqdim etdi - FOTO
12.09.2019
Azərbaycanda 565 minə yaxın uşaq sosial təminat növləri ilə əhatə olunub
11.09.2019
Sumqayıt, Şamaxı və Ağstafada qaz təchizatı dayandırılacaq
10.09.2019
Bu gün Sabunçu və Şəmkirdə qazın verilişində qısamüddətli fasilələr olacaq