Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6472

Digər sorğular

Cahangir Hacıyevin şirkətində maaş davası davam edir

19:00  |    17 Noyabr 2015  |   E-mail  |  Çapa göndər

"Azərinşaatservis" MMC şirkətinin maaşını ala bilməyən işçiləri yenidən aksiyaya başlayıblar.

ANS PRESS-in məlumatına görə, bu barədə sayta aksiya iştirakçıları məlumat veriblər. Ziya Bünyadov prospektində yerləşən "Azərinşaatservis" MMC-nin ofisinin önünə toplaşan 200-dən çox işçi maaşlarının verilməməməsi səbəbindən belə bir addım atdıqlarını bildirirlər. Aksiya iştirakçısı Şərafəddin adlı şəxs deyir ki, oktyabr ayının 29-da keçirdikləri aksiyadan sonra sifarişçi şirkət olaraq "Azəryolservis" ASC-nin əməkdaşı Eldar adlı şəxs onlarla görüşüb. Həmin adam işçilərə 10 gün ərzində maaşlarının veriləcəyini deyib:


"10 gün gözlədik amma heç kim bizə pulumuzu vermədi. Hazırda şirkət 1100 nəfərə pul ödəməlidir. Aksiyada həmin 1100 nəfərdən cəmi 200 nəfər iştirak etməsinə səbəb isə digər işçilərin yol pulu tapıb etiraz keçirilən əraziyə gələ bilməməsidir. Eldar müəllim bu gün də əraziyə gəldi və bizə bildirdi ki, 10 gün daha səbr edək pullarımız veriləcək. Ancaq hələlik dağılışmaq fikrimiz yoxdur", -deyə aksiya iştirakçısı şərafəffin adlı şəxs bildirdi.

Həmin işçilər bundan qabaq da oktyabr ayının 29-da aksiya keçiriblər. Etirazçılar beş aydır ki, maaş ala bilmədiklərini bildirirdilər.

Onlardan biri olan Məhəmməd Əmirov bildirmişdi ki, aprel ayından əmək haqqını ala bilməyənlər var. Onun sözlərinə görə, şirkət onları işlədəndən sonra öz hesablarına məzuniyyətə göndərib.

Məsələ ilə bağlı “Azərinşaatservis” MMC şirkəti ilə əlaqə saxlamaq istəsək də, şirkətin telefonları borca görə bağlı olduğu üçün şirkətin mövqeyini öyrənə bilmədik.

Fəhlələr adı çəkilən şirkətin Beynəlxalq Bankın sabiq rəhbəri Cahangir Hacıyevə məxsus olduğunu iddia edirlər.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
13.09.2019
Yeni kartların alınmasında növbələr müşühidə edilmir - “Azəriqaz”
12.09.2019
Nazirlik daha 50 avtomobili Qarabağ müharibəsi əlillərinə təqdim etdi - FOTO
12.09.2019
Azərbaycanda 565 minə yaxın uşaq sosial təminat növləri ilə əhatə olunub
11.09.2019
Sumqayıt, Şamaxı və Ağstafada qaz təchizatı dayandırılacaq
10.09.2019
Bu gün Sabunçu və Şəmkirdə qazın verilişində qısamüddətli fasilələr olacaq