Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6562

Digər sorğular

“Axınla aşağı” filmi İtaliyada nümayiş olunacaq

18:38  |    16 Noyabr 2015  |   E-mail  |  Çapa göndər

Asif Rüstəmovun “Axınla aşağı” bədii filmi 20-28 noyabr tarixlərində Romada keçiriləcək 16-cı ASIATICA, Encounters with Asian Cinema Beynəlxalq Film Festivalına dəvət alıb.

Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasından APA-ya verilən məlumata görə, film festivalın əsas müsabiqə proqramında nümayiş olunacaq.

“Axınla aşağı” filmi 2014-cü ildə Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında istehsal olunub.

Filmin ssenari müəllifləri Asif Rüstəmov və Otar Pertaxia, quruluşçu operatoru Ayxan Salar, quruluşçu rəssamı Rafiz İsmayılov, bəstəkarı Xəyyam Mirzəzadə, icraçı prodüseri Nadir Əliyev, prodüseri Müşfiq Hətəmovdur. Filmdə baş rolları Namiq Ağayev, Mehriban Zəki, Aleksandra Andrejevska, Teymur Məmmədov və digərləri canlandırırlar.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
14.11.2019
“Konsertimə gəlmədilər, 20 min borca düşdüm” - Könül Xasıyeva
12.11.2019
M.Ə.Sabirin “Hophopnamə” kitabının audio versiyası hazırlanıb
08.11.2019
"Diriliş Osman" nə vaxt başlayır? - Tarix bəlli oldu
08.11.2019
Azərbaycanlı müğənnilər metroda mahnı oxudu - Video
03.11.2019
“Biz gənclərə daim diqqət və qayğı var”