Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6444

Digər sorğular

Almaniya yığması terror təhlükəsinə görə oteldən təcili çıxarıldı

22:15  |    13 Noyabr 2015  |   E-mail  |  Çapa göndər

Futbol üzrə Almaniya yığma komandası otelə bomba qoyulması xəbəri yayılandan dərhal sonra Parisdə qaldığı mehmanxanadan təcili olaraq təxliyə edilib.

Virtualaz.org saytı xəbər verir ki, bu barədə Almaniyanın “Kölner Express” nəşri məlumat yayıb.


Almaniya yığmasının meneceri Oliver Birhoff bu informasiyanı təsdiqləyib.

“Partlayış təhlükəsi var idi. Otel dərhal bağlandı. Oradakı insan köçürüldü” - deyə alman nəşrləri O.Birhoffdan sitat gətiriblər.

Məlumata görə, partlayışın Parisin 16-cı dairəsində yerləşən “Molitor” otelinin qarşısında baş verə bilməsi təhlükəsi barədə xəbərdarlıq olunubmuş. Xəbərdarlıq polisə yerli vaxtla səhər 9 radələrində daxil olub. Bundan sonra polis həmin ərazidə irimiqyaslı əməliyyata başlayıb.

Bu axşam Fransa yığması ilə yoldaşlıq oyunu keçirəcək Almaniya yığmasının futbolçuları isə hələ də başqa məkanda yerləşdiriliblər.

“Oteldə bomba partlayışı xəbərdarlığı oldu. Lakin yığmamızın üzvləri üçün heç bir təhlükə yoxdur. Hələlik “Roland Garros”da bir qədər tennis oynayırıq” - deyə Almaniya yığmasının yarımmüdafiəçisi Sami Xedira öz İnstagram səhifəsində yazıb.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
21.08.2019
AFFA Qurban Qurbanova görə "Qarabağ"ı cərimələyib
14.08.2019
"Kişi olmaq və məğlubiyyəti qəbul etmək lazımdır" - Riçard Almeyda
21.07.2019
Əfsanəvi ciu-citsu ustası "Judo Club 2012"də seminar keçdi
20.07.2019
Prezidentdən idmançılarımıza pul mükafatı – SƏRƏNCAM
19.07.2019
Dünya şöhrətli UFC və MMA döyüşçüsü “Judo Club 2012”də seminar keçəcək