Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6893

Digər sorğular

ABŞ-da şəbəkələr günəş partlayışlarının təsirindən belə qorunacaq - PROQRAM

20:45  |    10 Noyabr 2015  |   E-mail  |  Çapa göndər

ABŞ Milli Elm və Texnika Şurası ölkə infrastrukturunun günəş partlayışlarının təsirindən mühafizəsinə dair hazırlıq proqramını dərc edib.

İKT.lent.az-ın "Computerworld”ə istinadən xəbərinə görə, sənəddə qeyd olunur ki, enerji sistemləri, peyklər, telekommunikasiya şəbəkələri, naviqasiya, aviasiya və kosmik sistemlər, o cümlədən Beynəlxalq Kosmik Stansiya mürəkkəb şəbəkədir ki, onların kəsişmə nöqtələrində fasilələrin yaranması nasazlıqlara səbəb ola bilər.


Proqram dövlət və elmi, eləcə də milli təhlükəsizlik sahəsində bir sıra tədbirləri, məsələn, kosmik havanın proqnozlaşdırılması üsullarının hazırlanması, reaksiya vermə və infrastrukturun bərpası vasitələrinin yaradılması və beynəlxalq əməkdaşlığın genişləndirilməsini nəzərdə tutur.

Bildirilir ki, maqnit sahə Yer kürəsini günəş partlayışlarından qoruyur, lakin ən güclü partlamalar naviqasiya peyk sistemlərinin və rabitə şəbəkələrinin siqnallarının ötürüldüyü yüksəkliklərə təsir göstərə bilər. Bundan başqa, partlayışların peyk sistemlərinin və təyyarələrin işinə təsiri mümkündür. Belə ki, 2012-ci ildə Günəşdə baş verən partlama nəticəsində “Delta Airlines” və “United Airlines” aviaşirkətləri Şimal və Cənub qütbü üzərindən keçən reyslərin marşrutunu dəyişmək məcburiyyətində qalıb. Həmçinin qasırğa Cənub qütbündə yerləşən stansiyalarla rabitə əlaqəsinin kəsilməsinə səbəb olub.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
02.06.2020
Afroamerikalı Corc Floydun ölümünün dəqiq səbəbi açıqlandı
02.06.2020
Daha bir ölkə Azərbaycan üçün sərhədlərini açdı
02.06.2020
Tramp ABŞ-dakı iğtişaşları daxili terror aktları adlandırdı
02.06.2020
Dünyada koronavirusa yoluxanların sutkalıq STATİSTİKASI
01.06.2020
Putindən Trampa mesaj - Rusiya hərbi bazalarını niyə gücləndirir?