Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6892

Digər sorğular

“Ukraynanın şərqindən yaraqlıları Qarabağa göndərirlər”

03:00  |    07 Noyabr 2015  |   E-mail  |  Çapa göndər

Rusiyalı blogger, Ukraynanın şərqindəki rusiyameylli separatçılara dəstək verən Aleksandr Juçkovski öz facebook səhifəsində yazıb ki, yaraqlılar arasında Suriyadakı döyüşlərdə iştirak üçün təbliğat gedir.

Virtualaz.org saytı xəbər verir ki, Juçkovski Donbasdan Suriyaya, Əsəd qüvvələrinin tərəfində döyüşmək üçün artıq 700-ə yaxın adamın getdiyini bildirir.


“Dəqiq görünür ki, könüllülərin toplanması təşkilatlanmış və mərkəzləşmiş şəkildə, xüsusi xidmət orqanlarının xətti ilə aparılır. Kuratorıar, silahlı bölmələrə gedib komandirlərlə və döyüşçülərlə söhbət aparan təbliğatçılar var. Onları Suriyaya getməyə inandırmaq üçün Rusiya vətəndaşlığı, yaxşı maaş vəd edirlər. Əmin edirlər ki, Donbasda müharibə bitib, indi Rusiyanın maraqları uğrunda Suriyada döyüşmək lazımdır”-blogger yazıb. (https://www.facebook.com/juchkovsky/posts/971450222893843).

Juçkovski onu da bildirir ki, Rusiya xüsusi xidmət orqanları təkcə Suriyada döyüşmək üçün yox, Tacikistan və hərbi əməliyyatların istənilən vaxt başlaya biləcəyi Qarabağda da döyüşmək üçün könüllülər yığır.

“Doğrudur, mən kimisə ora göndərdikləri haqda heç nə bilmirəm, ancaq bu haqda söhbətlər gedir. Ola bilsin gələcəyə hazırlıq görürlər. Əgər qlobal çaxnaşma ssenarisi varsa və Rusiyaya hər tərəfdən od vurmaq istəyirlərsə, o zaman Tacikistan və Qarabağ münaqişəsi də alovlana bilər. O cümlədən Dnestryanı bölgə, Baltikyanı, Şimali Qafqaz”- o bildirir.

Juçkovski Ukraynanı dağıdan QRU polkovniki kimi ad çıxarmış İqor Strelkovun yaxın adamıdır, onun sağ əli sayılır.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
02.06.2020
Afroamerikalı Corc Floydun ölümünün dəqiq səbəbi açıqlandı
02.06.2020
Daha bir ölkə Azərbaycan üçün sərhədlərini açdı
02.06.2020
Tramp ABŞ-dakı iğtişaşları daxili terror aktları adlandırdı
02.06.2020
Dünyada koronavirusa yoluxanların sutkalıq STATİSTİKASI
01.06.2020
Putindən Trampa mesaj - Rusiya hərbi bazalarını niyə gücləndirir?