Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6473

Digər sorğular

AŞPA-dan mühüm QƏTNAMƏ: “Azərbaycanın suverenliyi tam bərpa olunmalıdır“

15:38  |    05 Noyabr 2015  |   E-mail  |  Çapa göndər

“Ermənistan silahlı qüvvələri və digər qanunsuz silahlı dəstələrDağlıq Qarabağ və Azərbaycanın digər işğal olunmuş ərazilərdən çıxarılmalı və ATƏT-in Minsk Qrupu prosesi çərçivəsində Azərbaycanın bu ərazilərdə tam suverenliyini bərpa edilməlidir".


APA-nın məlumatına görə, bu barədə noyabrın 5-də Avropa ŞurasıParlament Assambleyasının Demokratiya və Siyasi Məsələlər Komitəsinin məruzəçisi Robert Valterin "Azərbaycanın Dağlıq Qarabağ və digər işğal olunmuş ərazilərində zorakılığın artmasına dair” hazırladığı hesabat əsasında bu komitədə qəbul olunan qətnamə layihəsində deyilir. Sənəddə Ermənistan və Dağlıq Qarabağ arasında dəhlizin, həmçinin Azərbaycanın digər ərazisindən Naxçıvana çıxışın təmin olunması da daxil olmaqla, etimad tədbirləri ilə birlikdə təhlükəsizlik və daxili özünüidarəçiliyi təmin etmək məqsədilə Dağlıq Qarabağın müvəqqəti statusunu müəyyən etmək üçün Minsk Qrupunun plenar iclasının keçirilməsinə çağırılır.

Təmas xəttindəki dinc əhalinin qəsdən hədəfə alınmasının qətiyyətlə pisləndiyi layihədə təəssüflə qeyd edilir ki, Dağlıq Qarabağ problemi digər beynəlxalq böhranların fonunda kənarda qalıb: "Bir qədər də ləngimə bu “dondurulmuş” münaqişənin həllini daha da ağırlaşdıracaq. Hansı ki, bu münaqişə 2014-cü ilin əvvəlindən 100-ə yaxın insanın ölümünə səbəb olub və Avropa Şurasının iki üzv ölkəsi arasında real müharibəyə çevrilə bilər”.

Komitə Azərbaycan və Ermənistanı 2001-ci ildə Avropa Şurasına üzv olarkən Dağlıq Qarabağ münaqişəsinin həlli üçün yalnız sülh xarakterli vasitələrdən istifadə etmək barədə üzərlərinə götürdükləri öhdəliyi yerinə yetirməyə çağıraraq hər iki hökuməti silahlı qüvvələrdən istifadə etməkdən çəkinməyə səsləyir.


Sənəddə Dalıq Qarabağ və digər işğal olunmuş ərazilərdə təhlükəsizliyi dəstəkləmək, məcburi köçkünlərin təhlükəsiz qayıdışı və yerləşdirilməsini təmin etmək, atəşkəs rejiminin pozulmasını araşdırmaq mexanizmini yaratmaq üçün ATƏT tərəfindən sülhməramlı qüvvələrin yaradılması çağırışı əksini tapıb.

Qətnamə layihəsi 2016-cı ilin yanvar sessiyasında assambleyanın iclasında müzakirə olunacaq.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
16.09.2019
Azərbaycan Ordusunun genişmiqyaslı təlimləri başlayıb - VİDEO
16.09.2019
Prezident İlham Əliyev Türkiyənin Vitse-prezidentinin başçılıq etdiyini nümayəndə heyətini qəbul edib - YENİLƏNİB
15.09.2019
Türkiyə Respublikasının Vitse-prezidenti Azərbaycana rəsmi səfərə gəlib
15.09.2019
Ещё раз к армянским манипуляторам и фальсификаторам
14.09.2019
Qafqaz Türk İslam Ordusunun Bakının işğaldan azad etməsinin 101-ci ildönümü ilə bağlı möhtəşəm tədbir keçirilib