Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6356

Digər sorğular

BMT həyəcan təbili çaldı

14:38  |    04 Noyabr 2015  |   E-mail  |  Çapa göndər

İlin əvvəlindən Aralıq dənizi vasitəsilə Avropaya gələn miqrant və qaçqınların sayı 750 minə çatıb. APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, bunu BMT-nin Qaçqınların işləri üzrə Ali Komissarı Antoniu Qutyerreş bəyan edib.

“Yanvardan etibarən Avropa sahillərinə 750 min nəfər gəlib. Onlardan 3 500 nəfəri həyatını itirib. Hava şəraitinin pisləşməsinə görə qurbanların sayı kəskin surətdə artmaqdadır. Gün ərzində tək Yunanıstan sahillərindəki adalara 6-8 min insan pənah gətirir”, deyə A.Qutyerreş bildirib.

Onun sözlərinə görə, dünyada məcburi qaçqınların sayı İkinci dünya müharibəsindən sonra rekord həddə çatıb: “Hazırda münaqişələr nəticəsində 60 milyon insan öz evini tərk etmək məcburiyyətində qalıb. 2010-cu ildə orta hesabla hər gün 11 min nəfər evlərini tərk edirdi, hazırda isə bu rəqəm 42 mini ötüb. BMT strukturları, Qırmızı Xaç və Qırmızı Aypara cəmiyyətləri, digər qeyri-hökumət təşkilatları hətta səylərini birləşdirərək də insanların müdafiəsini təmin etmək, onlara müvafiq yardım göstərməyə qadir deyillər".

Qeyd edək ki, noyabrın 11-12-də Maltada Avropa İttifaqının miqrasiya məsələlərinə həsr olunmuş sammiti keçiriləcək. Sammitdə Aİ ölkələrinin dövlət və hökumət başçıları, həmçinin bir sıra digər dövlətlərin nümayəndələri iştirak edəcək.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
20.06.2019
Bu gün Vaşinqtonda Azərbaycan və Ermənistan XİN başçılarının görüşü olacaq
19.06.2019
Ermənilərə Fransadan zərbə ardınca zərbə
18.06.2019
IDEA və Ümumdünya Turizm Təşkilatı arasında anlaşma memorandumu imzalanıb
18.06.2019
Fuad Abbasov həbsdə olmasının səbəblərini öz səsi ilə açıqladı - sensasion telefon bəyanatı - AUDİO
16.06.2019
Azərbaycan, Rusiya və İran prezidentləri avqustda Soçidə görüşəcək