Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6355

Digər sorğular

Əli Həsənov ABŞ Dövlət Departamentinin seçki açıqlaması haqda...

20:08  |    03 Noyabr 2015  |   E-mail  |  Çapa göndər

Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov ABŞ Dövlət Departamentinin noyabrın 1-də Milli Məclisə keçirilmiş seçkilərə dair münasibətini AZƏRTAC-a şərh edib.

Əli Həsənov bildirib ki, Milli Məclisə seçkilər demokratik prinsiplərə uyğun, şəffaf, ədalətli keçirilmiş və Azərbaycan xalqının iradəsini əks etdirmişdir. Avropa Şurası Parlament Assambleyası, Müstəqil Dövlətlər Birliyi, İslam Əməkdaşlıq Təşkilatı da daxil olmaqla, bütün dünyanı əhatə edən 30-dan artıq müşahidə missiyası seçkilərə yüksək qiymət vermişdir. Həmçinin Avropa İttifaqı Azərbaycanda seçkilərin beynəlxalq standartlara uyğun, şəffaf, əhatəli şəkildə keçirildiyini və yeni parlamentlə əməkdaşlığa hazır olduğunu bəyan etmişdir. Bütün bunları nəzərə alaraq, birmənalı şəkildə demək olar ki, Milli Məclisə seçkilərin ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu tərəfindən müşahidə edilməməsi seçkilərin legitimliyinə kölgə sala bilməz.

Ə.Həsənov qeyd edib ki, Azərbaycan hökuməti müşahidə üçün ATƏT DTİHB-yə müraciət ünvanlamış və dəfələrlə missiyanın fəaliyyəti ilə bağlı müzakirələr aparmağa açıq olduğunu bildirmişdir. Təəssüf ki, ATƏT DTİHB bu təşəbbüsü layiqincə qiymətləndirməmiş və birtərəfli qaydada Azərbaycana missiya göndərməkdən imtina etmişdir. Hesab edirik ki, bu, dövlətlərarası kollegial qurum olan ATƏT-in nizamnaməsinə və prinsiplərinə uyğun gəlməyən, siyasiləşmiş qərardır. DTİHB bu addımla seçkiləri müşahidə praktikasında xoşagəlməz presedentə imza atmışdır.

Ə.Həsənov sonra vurğulayıb ki, Azərbaycan hökuməti ölkə qanunvericiliyi və beynəlxalq öhdəliklərinə uyğun olaraq üzərinə düşən bütün vəzifələri yerinə yetirir və qarşıdan gələn dövrdə də üzv olduğu təşkilatlarla bərabərhüquqlu, qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrini inkişaf etdirməkdə maraqlıdır. Bununla yanaşı, Azərbaycan müstəqil, dinamik inkişaf edən dövlətdir, heç vaxt öz siyasətini kimlərinsə istəyinə uyğun qurmur və bundan sonrakı dövrdə də hər hansı qüvvənin ona öz iradəsini qəbul etdirmək cəhdlərini qəbul etməyəcək.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
20.06.2019
Bu gün Vaşinqtonda Azərbaycan və Ermənistan XİN başçılarının görüşü olacaq
19.06.2019
Ermənilərə Fransadan zərbə ardınca zərbə
18.06.2019
IDEA və Ümumdünya Turizm Təşkilatı arasında anlaşma memorandumu imzalanıb
18.06.2019
Fuad Abbasov həbsdə olmasının səbəblərini öz səsi ilə açıqladı - sensasion telefon bəyanatı - AUDİO
16.06.2019
Azərbaycan, Rusiya və İran prezidentləri avqustda Soçidə görüşəcək