Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6473

Digər sorğular

Azay Quliyev seçki kampaniyasına yekun vurdu

00:02  |    31 Oktyabr 2015  |   E-mail  |  Çapa göndər

8 saylı Binəqədi birinci seçki dairəsindən deputatlığa namizəd Azay Quliyev bu gün seçki kampaniyasına qərargah üzvləri və fəalları ilə keçirdiyi geniş toplantı ilə yekun vurub.

Tədbiri açan seçki qərargahının rəhbəri Asif Əsgərli 9 oktyabrdan indiyədək aparılan təbliğat-təşviqat kampaniyasının gedişatı haqqında ətraflı danışıb. Eyni zamanda seçki günü müşahidəçilər və fəalların fəaliyyəti, ərazidəki qərargahların iş rejimi haqqında təlimatlarla iştirakçıları tanış edib.

Seçki qərargahının hüquqşünası Hafiz Həsənov seçki günü müşahidəçilərin məntəqələrdə davranışı, hüquq və vəzifələri ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş müddəalar barədə məlumat verib.

Deputatlığa namizəd A.Quliyev çıxışında seçki qərargahının işindən razılığını bildirərək, vəkillərə, qərargah üzvləri və fəallarına təşəkkürünü çatdırıb: “Qeyd etmək istəyirəm ki, biz təbliğat-təşviqat kampaniyası üçün ayrılmış müddətdən maksimum istifadə edə bildik. 9 oktyabrdan başlayaraq intensiv görüş və tədbirlər təşkil etməklə demək olar ki, seçki dairəsinin bütün seçicilərini əhatə etdik. Seçiciləri maraqlandıran, narahat edən məsələləri diqqətlə dinlədik, qeydə aldıq və onların həlli istiqamətində atacağımız addımlar barədə məlumat verdik. İndi söz seçicinindir”.



A.Quliyev keçirilən bütün görüşlərdə seçicilərin sevgisi, inam və etimadı ilə qarşılaşdığını vurğulayıb: “Seçicilərin bu dəstəyi bizim noyabrın 1-də əldə edəcəyimiz parlaq qələbənin əsasını təşkil edəcək. Göstəriləcək etimad və inam mənim üçün həm də böyük bir məsuliyyətdir. Mən bu məsuliyyəti bütün ağırlığı ilə qəbul etməyə və üzərimə düşən vəzifəni layiqincə yerinə yetirməyə hazıram”.



Çıxışının sonunda A.Quliyev qərargah üzvlərini seçki günü qanunlara ciddi əməl etməyə çağırıb və onlara bu şərəfli işdə uğurlar arzulayıb.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
16.09.2019
Azərbaycan Ordusunun genişmiqyaslı təlimləri başlayıb - VİDEO
16.09.2019
Prezident İlham Əliyev Türkiyənin Vitse-prezidentinin başçılıq etdiyini nümayəndə heyətini qəbul edib - YENİLƏNİB
15.09.2019
Türkiyə Respublikasının Vitse-prezidenti Azərbaycana rəsmi səfərə gəlib
15.09.2019
Ещё раз к армянским манипуляторам и фальсификаторам
14.09.2019
Qafqaz Türk İslam Ordusunun Bakının işğaldan azad etməsinin 101-ci ildönümü ilə bağlı möhtəşəm tədbir keçirilib