Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6894

Digər sorğular

“Samsung” son 2 ildə ilk dəfə gəlirlərini artırıb

19:52  |    30 Oktyabr 2015  |   E-mail  |  Çapa göndər

“Samsung Electronics” son 7 kvartalda ilk dəfə olaraq gəlirlərini artırıb.

İKT.lent.az-ın “3DNews”a istinadən verdiyi məlumata görə, 2015-ci ilin üçüncü kvartalının yekunlarına əsasən “Samsung” 6,42 milyard dollar gəlir əldə edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 82% çoxdur. 2013-cü ilin üçüncü kvartalından başlayaraq şirkətin maliyyə göstəriciləri azalmaqda idi. Cari ilin iyulundan sentyabrına qədər isə “Samsung”un xalis gəliri ötən illə müqayisədə 28% artaraq 4,6 milyard dollara çatıb.

Gəlirlərin artmasının səbəbi çip satışlarında əldə edilən nəticələrdir. Belə ki, korporasiyanın müvafiq bölməsi III kvartalda 3,2 milyard dollar həcmində rekord gəlir əldə edib ki, bu da şirkətin ümumi gəlirinin yarısını təşkil edir. Mobil bölmədə isə tənəzzül davam edir. Flaqman smartfonların buraxılışına baxmayaraq, bu sahədə gəlirlər II kvartalda qazanılan 2,4 milyard dollardan III kvartalda 2,1 milyarda enib. Səbəblərdən biri “Galaxy S6” və “S6 Edge” smartfonlarının qiymətinin aşağı salınmasıdır.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
02.06.2020
İyun ayı üçün 190 manatla bağlı qərar verildi
02.06.2020
Ünvanlı sosial yardımın verilmə müddəti 1 ilə endirildi
31.05.2020
Dolların sabaha olan məzənnəsi
31.05.2020
Mübarizin “Palmali Holding"i müflis elan edildi
30.05.2020
Azərbaycanda turizm mövsümünün yenidən açılacağı vaxt bilindi - RƏSMİ