Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6880

Digər sorğular

Ermənilər Qarabağdan köçür – Erməni deputat

19:23  |    30 Oktyabr 2015  |   E-mail  |  Çapa göndər

“İrs” fraksiyasının üzvü Zaruhi Postancyan partiyanın iclasında Ermənistan təhlükəsizlik orqanlarının fəaliyyətini tənqid atəşinə tutub.

Axar.az Regional Sabitlik və Təhlükəsizlik Mərkəzinə istinadən xəbər verir ki, Zaruhi Postancyan Ermənistan-Azərbaycan sərhədində atəşkəsin sistemli pozulması, hərbi qulluqçular arasında qurbanlar, cəbhə bölgəsindəki əhalinin evlərini tərk etmələri barədə yayılan xəbərlərin təhlükəsizlik orqanları tərəfindən inkar edildiyini bildirib.

O, şəxsən Tavuş əyalətinə və Dağlıq Qarabağ bölgəsinə baş çəkərək əhalinin kəndləri tərk etməsinə dair yayılmış informasiyaları təsdiqləyib:

“Sakinlərin bir qismi artıq kəndləri tərk edib, qalanları isə köçməyə yerlərinin olmaması səbəbindən, yerli icra və təhlükəsizlik orqanlarının təzyiqlərinə məruz qaldıqlarından məcburən kənddə qaldıqlarını bildiriblər. Belə xəbərləri ört-basdır edən ölkənin təhlükəsizlik orqanları cinayətkar Sərkisyan rejimini müdafiə edir”.

Erməni deputat Ermənistanda konstitusiya dəyişiklikləri əvəzinə hakimiyyətdə dəyişikliyin zəruriliyini vurğulayaraq noyabr ayının 1-dən hər kəsi “İrs” partiyasının da qatıldığı “Yeni Ermənistan” ictimai qurtuluş cəbhəsinə qoşulmaqla ölkənin bütün yerlərində təşkil olunan etiraz yürüşlərində iştirak etməyə səsləyib.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
26.05.2020
Emmanuel Makron Prezident İlham Əliyevə məktub göndərib
25.05.2020
Aleksandr Lukaşenko Prezident İlham Əliyevi təbrik edib
25.05.2020
Koronavirusdan sonra dəhşətli müharibə başlaya bilər — ABŞ qərarını verdi
24.05.2020
Emoməli Rəhmon Prezident İlham Əliyevə təbrik məktubu göndərib
24.05.2020
Azərbaycan Prezidenti İordaniya Kralını təbrik edib