Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6437

Digər sorğular

Britaniyalı jurnalist Azərbaycana görə Qərb mətbuatını pislədi

17:38  |    30 Oktyabr 2015  |   E-mail  |  Çapa göndər

"Bu ədalətsiz iddialar bəzi Qərb dairələrinin ikili standartlar siyasətinin bariz göstəricisidir"; "Onlar hər şeyi öz arşınları ilə ölçürlər"

"Milli Məclisə seçkilər öncəsi bəzi Qərb təşkilatları Azərbaycana qarşı əsassız iddialarla çıxışlar edirlər. Bu cür əsassız iddialar bəzi Qərb ölkələrinin postsovet regionuna laqeyd yanaşmasından irəli gəlir".

Trend-in məlumatına görə, bu fikirləri britaniyalı jurnalist, BBC-nin sabiq əməkdaşı Nikolay Qorşkov Seçki-2015.az saytına müsahibəsində bölüşüb. N.Qorşkov, həmçinin az qala bütün dünyanın gülüş obyektinə çevrilən Böyük Britaniyadakı parlament seçkilərinin nəticələri barədə danışıb.

- Bəzi britaniyalı KİV nümayəndələri Azərbaycandakı parlament seçkilərini hədəf seçiblər. Siz bunu nə ilə əlaqələndirərdiniz?

- Bu gün Azərbaycana münasibətdə başqa tendensiyalar müşahidə olunur. Düşünürəm ki, Azərbaycan bu təzyiqlərə heç bir əhəmiyyət verməməlidir. Çünki bu iddiaların heç bir əsası yoxdur. Azərbaycana qarşı bu ədalətsiz iddialar bəzi Qərb dairələrinin ikili standartlar siyasətinin bariz göstəricisidir.

- Sizcə, Qərb mətbuatı yaxşı tanış olmadığı ölkələrlə bağlı obyektivliyi hər zaman qoruyurmu?

- Qərb mətbuatı hər zaman obyektivliyi ilə fərqlənmir. Məsələn, Səudiyyə Ərəbistanı ilə Britaniya arasındakı vacib iqtisadi əlaqələri götürək. Bir müddət əvvəl Britaniya mətbuatında Səudiyyə Ərəbistanı “vəhşilər ocağı” kimi təqdim olundu. Səbəb kimi isə evində içki aşkar edilən şəxsə 35 şallaq vurulması cəzası idi. Halbuki, burada həqiqət başqa idi. Britaniya mətbuatında tez-tez miflərə rast gəlinir. Hansı ölkələrlə normal xarici siyasət strategiyası varsa, yalnız o zaman yaxşı yazılar dərc olunur. Yəni, onlar hər şeyi öz arşınları ilə ölçürlər.

- Sizcə bu qeyri-obyektivliyin səbəbi nədir?

- Burada Qərb stereotipi özünü göstərir. Bu ilin mayında Britaniyada parlament seçkiləri keçirildi. Mühafizəkarlar parlamentdə 300 mandat əldə etdilər. Onların namizədlərinə 11 milyondan çox insan səs vermişdi. Yəni, hər namizədə 30 min seçici səs verib. İndi mənə izah edin görüm, necə olur ki, az qala 4 milyon insanın səsini qazanan Birləşmiş Krallığın Azadlıq Partiyası parlamentdə cəmi 1 mandat əldə edə bilib? Özlərinin seçki prosesində kifayət qədər nöqsanları olan britaniyalılar başqalarını necə ittiham edə bilərlər?
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
19.08.2019
Qənirə Paşayeva Vyetnamın fəal qadınları ilə görüşüb
17.08.2019
Patruşevin İrəvan səfərinin pərdəarxası - “Mesaj aparıb...”
17.08.2019
Bakı və İrəvan arasında gərginlik artır: nələr olacaq? – Təhlil
17.08.2019
Prezident İlham Əliyev Əfqanıstanın dövlət başçısını təbrik edib
17.08.2019
Qənirə Paşayeva Kamerun, Nigeriya və Konqonun qadınları ilə Qarabağ həqiqətlərindən danışıb