Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6894

Digər sorğular

İran müxalifətinin İraqdakı düşərgəsi atəşə tutuldu: 23 ölü

17:00  |    30 Oktyabr 2015  |   E-mail  |  Çapa göndər

Bağdadda qaçqın düşərgəsinin raket atəşinə tutulması nəticəsində biri qadın olmaqla 23 nəfər həyatını itirib, onlarla insan yaralanıb.

"Report" BBC-yə istinadən xəbər verir ki, bu haqda İraq Silahlı Qüvvələrinin təmsilçisi bildirib.

ABŞ-ın dövlət katibi Con Kerri ölənlərin qohumlarına və xəsarət alanların yaxınlarına yardım edəcəklərini, eləcə də düşərgənin təhlükəsizliyini gücləndirəcəklərini, basqınçıların tapılacaqlarını boyun olub.

BMT-nin qaçqınlarla iş üzrə agentliyi də baş verənləri kəskin tənqid edərək, günahkarları məsuliyyətə cəlb etməyə çağırıb.

Məlumata görə, İran hakimiyyətinə müxalif olan Xalq Mücahidləri Təşkilatının düşərgəsinə 80-dən artıq raket atılıb. Təşkilatın mətbuat katibi Şahin Qubadi bildirib ki, bu, Xalq Mücahidlərinin yerləşdiyi düşərgəyə ilk hücum deyil. Qurumun rəhbərliyi baş verən hadisəyə görə İraq hakimiyyətini ittiham edib.

Rəsmi Bağdad isə atəş açanların hədəfində iranlı dissidentlərin olub-olmaması məsələsini araşdıracağını bildirib.

Hadisənin məsuliyyətini hələ ki, heç bir təşkilat və ya qruplaşma üzərinə götürməyib.

Qeyd edək ki, İran Xalq Mücahidləri Təşkilatı 1965-ci ildə yaranıb. Onlar ölkədə şah rejiminin dağılması uğrunda mübarizə aparıblar. 1980-ci illərdə İran rəhbərliyi bu təşkilatın ölkəni tərk etməsinə nail olub. Onların üzvləri 1980-ci illərin sonlarında İran həbsxanalarında məhkəməsiz edam edilib.

Təşkilat İran-İraq müharibəsində Tehrandakı hakimiyyəti devirmək məqsədi ilə Səddam Hüseyn ordusu tərəfdən döyüşüb.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
02.06.2020
İyun ayı üçün 190 manatla bağlı qərar verildi
02.06.2020
Ünvanlı sosial yardımın verilmə müddəti 1 ilə endirildi
31.05.2020
Dolların sabaha olan məzənnəsi
31.05.2020
Mübarizin “Palmali Holding"i müflis elan edildi
30.05.2020
Azərbaycanda turizm mövsümünün yenidən açılacağı vaxt bilindi - RƏSMİ