Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6699

Digər sorğular

Bahar Muradova İmişli və Beyləqan rayonunda seçicilərilə görüş keçirib - FOTOLAR

22:18  |    29 Oktyabr 2015  |   E-mail  |  Çapa göndər

84 saylı Füzuli Seçki Dairəsindən YAP-ın deputatlığa namizədi, Milli Məclisin sədr müavini, YAP-ın İdarə Heyətinin üzvü Bahar Muradova ilə Füzuli rayonunun İmişli və Beyləqan rayonunda məskunlaşmış seçicilərilə görüş keçirilib.

Azərbaycan Respublikasının Dövlət Himninin başlanmasilə açılan tədbirdə YAP Füzuli rayon təşkilatının sədri, deputatlığa namizədin səlahiyyətli nümayəndəsi Almaz Həşimova Bahar Muradovanın həyat və fəaliyyəti haqqında görüş iştirakçılarına geniş məlumat verib.

Görüşdə rayon sakinləri çıxış edərək ölkə rəhbərliyinin apardığı daxili və xarici siyasəti dəstəklədiklərini və məhz buna görə də YAP-ın namizədlərinə səs verəcəklərini bildiriblər. Çıxış edənlər deputatlığa namizədin dövlət qarşısındakı xidmətlərini və YAP-nın ideyalarının ardıcıl olaraq həyata keçirilməsində göstərdiyi fəaliyyətini bəyəndiklərini ifadə edərək ona bu siyasi kampaniyada uğurlar arzulayıblar.

YAP-ın deputatlığa namizədi Bahar Muradova çıxış edərək seçicilərinə belə səmimi və xoş sözlərə görə minnətdarlığını bildirib. Bahar Muradova yeniləşən Azərbaycan modelinin uğurlu siyasəti, vaxtilə bizi çətinliklərdən qurtaran, xalqın mənafeyini hər zaman üstün tutan Ulu Öndər Heydər Əliyevin adilə bağlı olduğunu qeyd edib. Bu gün bu siyasəti yorulmadan, əzmlə və böyük siyasi bacarıqla davam etdirən YAP-ın Sədri, ölkə başcısı Cənab Prezident İlham Əliyevin dünyada xüsusi nüfuza malik olduğunu qeyd edən Bahar xanım, hər zaman olduğu kimi bu dəfə də seçicilərini ölkəni çiçəklənməyə və inkişafa doğru aparan YAP-ın namizədlərinə səs verməyə və növbəti 5 il üçün də Ulu Öndərin izi ilə Cənab Prezidentin siyasətinə sadiq qalmaqla birgə addımlamağa dəvət edib.

Tədbirdən sonra Bahar Muradova seçiciləri qəbul edərək, onların təkliflərini dinləyib, suallarını cavablandırıb.

Sonda Bahar Muradova tədbir iştirakçıları ilə xatirə şəkli çəkdirib.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
17.02.2020
Elmar Məmmədyarov Beynəlxalq Konfransda iştirak edəcək
15.02.2020
XİN sözçüsü: “Qanlı təxribata görə bütün məsuliyyət Ermənistanın üzərinə düşür”
15.02.2020
Münxendə Azərbaycan Prezidenti İlham Əliyevin və Ermənistanın baş naziri Nikol Paşinyanın görüşü keçirilir YENİLƏNƏCƏK
15.02.2020
Sahil Babayev Mikloş Kaşlerlə görüşüb
15.02.2020
Azərbaycan Prezidenti litvalı həmkarını milli bayram münasibətilə təbrik edib