Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6473

Digər sorğular

BƏƏ-nin Azərbaycandakı səfiri ilə Bakı Ali Neft Məktəbində görüş

16:08  |    29 Oktyabr 2015  |   E-mail  |  Çapa göndər


Birləşmiş Ərəb Əmirliklərinin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Məhəmməd Əhməd Hamel Alqubaisi Bakı Ali Neft Məktəbində (BANM) olub.

BANM İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, BANM rektoru Elmar Qasımov səfir Məhəmməd Əhməd Hamel Alqubaisini salamlayaraq, onu Ali Məktəbdə görməkdən məmnunluğunu bildirib. Rektor qonağa BANM-in yaranma tarixi, tələbə qəbulu prosesi, təhsil ocağının əsas hədəfləri haqqında danışıb. E.Qasımov Bakı Ali Neft Məktəbinin SOCAR-ın strukturu olaraq, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fərmanı ilə yaradıldığını vurğulayıb. O, bildirib ki, Ali Məktəbin əsas məqsədi neft və kimya sənayesi üçün yüksək ixtisaslı peşəkar kadrların hazırlanmasıdır. BANM-in dövlət ali təhsil müəssisəsi olduğunu diqqətə çatdıran rektor burada təhsilin ingilis dilində olduğunu deyib. E.Qasımov ən yüksək göstəricilərə malik tələbələrin məhz BANM-i seçdiklərini bildirərək Ali Məktəbin hər il Prezident təqaüdçülərinin sayının artdığını vurğulayıb. O, BANM-in beynəlxalq əlaqələrindən söz açaraq, bu istiqamətdə görülmüş işlər haqqında səfirə geniş məlumat verib.

E.Qasımov vurğulayıb ki, gənc ali təhsil müəssisəsi olmasına baxmayaraq, BANM dünyanın bir çox aparıcı ali təhsil ocaqları arasında müsbət imic formalaşdıra bilib, nəticədə, onlar da Ali Məktəblə qarşılıqlı əlaqələrin qurulmasında maraqlarını nümayiş etdiriblər. E.Qasımov BANM-in Böyük Britaniyanın Heriot-Vatt Universiteti ilə əməkdaşlığından söz açaraq, BANM-də tədrisin Heriot-Vatt Universitetinin kurrikulumları əsasında həyata keçirildiyini deyib. BANM-in yeni kampusu haqda danışan rektor E.Qasımov ilin sonuna qədər bütün işlərin yekunlaşacağını və bununla da nəinki ölkəmizdə, Qafqazda ən böyük kampusun məhz BANM-in kampusu olacağını qonağın diqqətinə çatdırıb.

Bununla yanaşı, rektor BANM-in tələbələrinin həm nəzəri, həm də təcrübi biliklərini möhkəmləndirmək üçün SOCAR-da və beynəlxalq şirkətlərdə istehsalat təcrübəsi keçdiklərini qeyd edib. O, Abu-Dabi Neft İnstitutu ilə BANM arasında əməkdaşlığın yaradılmasında maraqlı olduğunu bildirib. E.Qasımov səfirə bir daha yeni təyinatındakı fəaliyyətində uğurlar arzulayıb.

BƏƏ-nin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Məhəmməd Əhməd Hamel Alqubaisi Bakı Ali Neft Məktəbinə gəlişindən məmnunluq hissi keçirdiyini deyib. O, Azərbaycanda ingilis dilində tədris həyata keçirən, müasir tipli Ali Məktəbin yaradılmasının vaxtında həyata keçirilən çox önəmli bir layihə olduğunu vurğulayıb. Səfir Abu-Dabi Neft İnstitutu ilə BANM arasında qarşılıqlı əməkdaşlıq əlaqələrinin yaradılması üçün lazımi tədbirlərin həyata keçirilməsinə dəstək verməyə hazır olduğunu bildirib.

Görüşdə, eyni zamanda, ikitərəfli əlaqələrin qurulması, qarşılıqlı əməkdaşlıq perspektivləri, o cümlədən universitetlərarası mübadilə proqramının həyata keçirilməsi və maraq doğuran digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
17.09.2019
Vilayət Eyvazov tapşırıq verdi: "Onlar həbs olunacaq"
17.09.2019
Bakı Mətbuat Klubunun saytı açıldı, özü də açılacaq - TƏQDİMAT
17.09.2019
Hava yağmursuz olacaq
17.09.2019
Azərbaycanda bəzi hərbi qulluqçuların pensiya təminatının müəyyən olunması qaydası dəqiqləşib
17.09.2019
General: “Ordumuz işğal altındakı torpaqlarımızı düşməndən azad etməyə qadirdi”