Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6473

Digər sorğular

Prezident Türkiyə xalqını təbrik edib

01:30  |    29 Oktyabr 2015  |   E-mail  |  Çapa göndər

Prezident İlham Əliyev Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Baş nazir Əhməd Davudoğluna Türkiyənin milli bayramı – Respublika günü münasibətilə təbrik məktubu göndərib. Lent.az-ın AzərTAc-a istinadən məlumatına görə, təbrik məktubunda deyilir:


Hörmətli cənab Prezident,
Əziz Qardaşım,
Qardaş Türkiyənin milli bayramı – Respublika günü münasibətilə Sizə və Sizin simanızda bütün Türkiyə xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı yetirirəm.
Bu gün Türkiyə güclü iqtisadiyyata, demokratik prinsiplərə əsaslanan siyasi sistemə malik müasir ölkə kimi regionda və dünyada böyük nüfuz qazanmışdır. Biz Türkiyənin beynəlxalq aləmdə bütün uğurlarına sevinirik.
Azərbaycan ilə Türkiyəni dərin tarixi, milli köklərdən bəhrələnən möhkəm dostluq və qardaşlıq münasibətləri birləşdirir. Bu təməllər üzərində qurulmuş dövlətlərarası münasibətlərimiz müttəfiqliyimizi və birliyimizi bariz şəkildə ifadə edir.
Əminəm ki, siyasi, iqtisadi və mədəni sahələrdə genişmiqyaslı, səmərəli və fəal əməkdaşlığımız, beynəlxalq məsələlərdə qarşılıqlı maraq və mənafelərimizi üstün tutan ardıcıl mövqeyimiz bundan sonra da ölkələrimizin tərəqqisinə, xalqlarımızın rifahına xidmət edəcəkdir.
Belə bir xoş gündə Sizi bir daha təbrik edir, Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, qardaş Türkiyə xalqına daim sülh və firavanlıq diləyirəm".
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
16.09.2019
Fədayə Laçının məhkəməsi 10-cu dəfə təxirə düşüb
16.09.2019
Milli Qəhrəman Mübariz İbrahimovun ev muzeyi tamamlanmaq üzrədir - VİDEO
16.09.2019
Qubada vergi islahatları mövzusunda maarifləndirmə tədbiri keçirilib
16.09.2019
Yardımlıda tunc-ilk dəmir dövrünə aid yeni kurqanlar aşkar edilib
16.09.2019
Azərbaycanın bir sıra rayonunda qaz təchizatı dayandırılacaq